Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda yeni qeydə alınmış partiya rusiyayönümlüdür?Yeni Zaman Partiyasının sədri Musa Ağayev bu və digər suallarımızı cavablandırır





Bugünlərdə Azərbaycanda daha bir siyasi partiya dövlət qeydiyyatına alındı. Yeni Zaman adlanan partiya əslində 13 il əvvəl yaradılıb, amma qeydiyyatına məhz indi qərar verilməsi siyasi-mətbu çevrələrin diqqətini cəlb edib. Ötən müddətdə bu partiyanın rusiyayönümlü olması haqda iddialar da səslənib. Partiya sədri Musa Ağayevlə söhbətimizdə ona bu mövzularda suallar ünvanladıq:
– Bizim partiya 2007-ci ilin iyulunda yaradılıb. Həmin il avqustun 5-də sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim eləmişdik. Təəssüf ki, illərlə bizi qeydiyyata almadılar. Heç bir əsaslı səbəb də göstəmirdilər. Bu illərdə 20-dən çox yazışmamız olub, görüşlər keçirmişik. Burada söhbət Ədliyyə Nazirliyindən getmirdi, yuxarı strukturlardan mane olurdular. Aprelin əvvəlində məlum oldu ki, bizi qeydiyyata almaq fikirləri var. Sənədlərimizi yenidən təqdim etdik. Aprelin 15-də kollegiyanın qərarıyla qeydiyyata aldılar və bizə şəhadətnaməni təqdim etdilər.
– Yuxarıdan kim və niyə mane olurdu?
– Prezident Aparatında müəyyən adamlar vardı, onlar imkan vermirdi. Yəqin bilirsiniz kimlərdən söhbət gedir…
– Xeyr, bilmirik. Konkret kimləri nəzərdə tutursunuz?
– Ad çəkmək istəmirəm. Siyasi islahatlara mane olanlar… O adamlar prezident tərəfindən vəzifədən kənarlaşdırılıb. Sevindirici haldır ki, bu gün prezidentin apardığı kadr islahatları və siyasi islahatlar nəticəsində partiyanın qeydiyyat problem həllini tapdı.
– İslahatların səviyyəsi partiya olaraq, size qane edirmi?
– Ölkə rəhbərliyi siyasi dialoq, konstruktiv müxalifət, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq məsələsində mövqeyini ortaya qoyub. Bu da normaldır. İstənilən halda, konstruktiv dialoqun tərəfindəyik. Biz yalnız bu yolla inkişafı istəyirik. Radikallıq heç bir ölkəyə xeyir gətirməyib. Əlbəttə ki, dialoq da reallığa uyğun olmalıdır. Ölkədə islahatlar getməlidir. Və bu islahatlar artıq başlayıb. Ölkədə tək iqtisadi islahatlar yox, köklü siyasi, iqtisadi və məhkəmə islahatları aparılmalıdır. Hakimiyyət də deyir ki, ölkədə köklü islahatları davam etdirmək fikrindədir. Biz bunu alqışlayırıq. İstər demokratik institutların formalaşması, istər məhkəmələrin müstəqilliyi, istər iqtisadi sahədə problemlər var. Bunları həll eləmək lazımdır. İlk növbədə qanunun aliliyi təmin olunmalıdır. Demokratiya anarxiya yaratmaq deyil. Demokratiya qanunun aliliyidir. Azərbaycanda demokratik qanunlar çoxdur. Sadəcə, onların icrası və mexanizmi olmalıdır. Hakimiyyət bölgüsünə əməl edilməlidir. İnsanlara təbliğat vasitəsilə aşılamaq lazımdır ki, biz xalq olaraq, xüsusini ümuminin içində axtarmalıyıq. Ümumi maraqlar təmin edilməlidir ki, hər bir vətəndaşın xüsusi marağı da onun içində olsun. Bu da qanunun aliliyindən, demokratiyadan irəli gəlir.
– Partiyanızın ideologiyası, prioritetləri nədir?
– Bizim ideologiyamız azərbaycançılıq ideologiyasıdır. Bizim üçün partiya, firqə münasibətlərindən də, məqsədlərindən də üstün olan azərbaycançılıqdır – Azərbaycan dövlətçiliyi, ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyümüzün qorunmasıdır. Sözdə yox, əməldə bu yöndə olan bütün partiya və təşkilatlarla əməkdaşlığa hazırıq. Fərqi yoxdur, iqtidar olsun, ya da müxalifət.
– Partiyanızla bağlı belə iddialar da var ki, Rusiyayönümlüsünüz…
– Biz 2007-ci ildə partiyanı yaradanda da bir çox mətbuat orqanları bu barədə yazdılar. Bizim partiyanın nə Rusiya, nə də başqa yönümü var. Mən əvvəldən ümumiyyətlə, heç bir yönümün tərəfində deyiləm. Qərbyönümlü, Şərqyönümlü, Rusiya yönümlü… Ümumiyyətlə, bu yönümü mən anlaya bilmirəm. Dünyanın bütün dövlətləri ilə müttəfiqlik eləmək lazımdır və biz bunun tərəfindəyik. Əlbəttə ki, əgər Azərbaycanın maraqları qorunursa… Rusiya ilə hansısa əməkdaşlıqda Qarabağ problemi və digər məsələlərdə strateji maraqlarımız qorunursa, münasibətlərin inkişafını istəyiriksə, burada pis bir şey yoxdur. Yaxud, biz necə deyə bilərik ki, Qərblə texnologiya, Qarabağ, iqtisadi-siyasi sahələrdə əməkdaşlıq eləməyək? Bəlkə Rusiya ilə bağlı hansısa məsələdə mövqeyimizi görürlər, ona görə belə söhbətlər var, amma bu, sırf azərbaycançılıq mövqeyindəndir.
– Partiyanızın nə qədər üzvü var?
–  11 minə yaxın üzvümüz, 28 rayon təşkilatımız var. Amma mən təkcə üzvlərin sayının çox olmasının tərəfdarı deyiləm. Üzvlərin sayını 50-100 min elə, nə olsun? Partiyanın tərəfdarı çox olmalıdır. Amerikada Respublikaçılar və Demokratların milyonlarla üzvü yoxdur. Söhbət ondan gedir ki, partiyanın yekdil proqramı olmalıdır, o proqramı çatdırmaq lazımdır. Müasir dövrdə internet var, sosial şəbəkələr var. İnsanları buna alışdırmaq, inandırmaq lazımdır ki, mən hansı üsullarla, nə edə bilərəm.
– Özünüzü partiya olaraq, hansı siyasi düşərgədə görürsünüz?
– Aydın məsələdir ki, biz müxalifət partiyasıyı








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10