Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

12 mart 2004 cü il “1,2 FAİZ” ƏHVALATI


Böyük rüşvətxordan birinin dediyinə görə, rüşvət 3 cür olur;
1. Səlahiyyətin o səviyyədə olur ki, pulu sənə yalvara-yalvara verirlər. Heç bilmirsən hansından alasan.
2. Səlahiyyətindən istifadı edib güclə, yaxud ağlaşma qurub yalvara-yalvara alırsan.
3. Bir də var sənədlə rüşvət. Yəni, 3 xərcləyib, 5 sənədləşdirirsən.
Bu gün sizə konkret bir ünvandan söhbət açmaq istəyirdik. Hansı ki, hər yerdə olduğu kimi, burada da heç nəyi, heç kimə sübut eləmək olmur.
Redaksiyaya məlumat daxil olmuşdu ki, Masallı Postamtı hər ay 1 milyar 500 milyon manat pensiya və uşaq pulu götürür və həmin pul poçta daxil olan kimi onun 1,2 faizi yuxarıların payı kimi xüsüsi cıbə qoyulur. Əvvəl inanmadıq. Çünki onlarla pensiyaçının, uşaq pulu alanın dediyinə görə, hər 100 min manata 5 min manat götürülür. Yəni, çırpışdırılan pul 1,2 faiz yox, 5 faizdir. Sonra məsələyə aydınlıq gətirirdilər ki, qalan pullar baş idarədəki digər işçilərin, yerlərdəki poçt müdrlərinin və poçtaliyonların payıdır.
Nə isə. Qayıdaq 1 milyard 500 milyon manatdan çırpışdırılan 1, 2 faizin üzərinə. Hansı ki, hər ay bu 1,2 faiz 18 milyon manat (təxminən 3,8 min dollar) pul deməkdir. Yəni, hər ay ən azı bu qədər məbləğ Poçtamtın köməyi ilə əllilərin, karların, korların ruzisindən kəsilib birbaşa böyüklərin cibinə gedir. Bunu 1 ilə vuranda 50 min dollara yaxın pul edir. Yalanmı, doğrumu? Məsələyə aydınlıq gətirmək üçün üz tutduq Masallı Poçtamtın müdiri Bəybala müəllimin yanına. Bizi çox səmimi qarşıladı. Qəzetemiz haqqında çox xoş sözlər dedi. Söhbətdən belə nəticə çıxdı ki, qəzetimizi oxuduğu üçün biz ona minnətdar olmalı, yaxud özümüzü ona borclu saymalıyıq. Nə isə. Məqsədimizi izah edib, bu yazıda sadaladığımıza ondan cavab istədik.
- Doğurdanmı, siz hər ay pensiya və uşaq pulu üçün 1 milyard 500 milyon pul paylayırsınız?
- Bəli
- Bu da doğrudurmu hər ay o puldan 1,2 faiz, yəni 38 milyon manat götürülür?
Bu sualdan sonra Bəybala müəllimi müşahidə etmək hər oğlun işi deyildi. Adama elə gəlirdi ki, həmin pullar, onlarnı bölüdükdən sonra çatdığı ünvanlar, karların, korların, əlsiz-əyaqsızların həmin pulların dalınca qalan baxışları, axan qarğışları bir-bir Bəydala müəllimin xəyalında canlanırdı. Nəhayət, o özünü toplayıb:
- Bu məlumat düz deyil-dedi.
- Bəybala müəllim, siz bilirsiniz ki, bu məsələ o qədər kütləvi və rüsvayçı hal almışdı ki, 2 il öncə Rabitə Nazirliyi özü xalqa müraçiət etdi ki, pulunuzu kəsənlərə pul verməyin. O müraciətdən sonra siz neçə poçt müdrini, poçtaliyonu cəzalandırdınız?
-Bilirsiniz, camaat çoxu o 3-5 min manatı poçtaliyona güçlə verir.
Xatırlatdıq ki, bu söhbətlər o məmləkətdə deyilir ki, mağazalarda nisyə dəftərləri, az qala, roman cildinə bənzəyir, əhalinin 500 manatı olur ki, qəzet alsın. O, 5 min manatı könüllü başqasına necə verər?
Məsələ, necə deyərlər, çox ciddi çəkil almışdı. Bəybala müəllim birdən başladı ki, vəzıyyət çox ağırdır, dolanışıq çətindir və s. və i. Daha sonra başladı bizi tərifləməyə. Bizim təkidimizlə yenə də söhbətin əvvəlinə qayıtdıq:
-Bəybala müəllim, dediklərimizi yüzlərlə təqaüdçü təstiq etsə də bunları rəsmiləşdirmək hələ də çətindir. Siz tez-tez məscidə gedən rəhbər kimi Qurana and içə bilərsiniz ki, bu 1,2 faiz söhbəti yalandır?
Bəybala müəllim bu sözümüzdən sonra o qədər dərin xəyallara getdi, o qədər qeyri müəyyən ifarələr işlətdi, o qədər fağır, məzlum görkəm aldı ki, az qala bizi ağlamaq tuta.
P.S. Yəqin ki, oxucular soruşa bilər ki, həmin 30-40 milyonlar hər ay hansı rəhbərlərin cibinə gedir. Konkret ad çəkəı bilməsək də, onu deyə bilərik ki, o əlsiz-ayaqsızların puluna tamah salan rəhbərlər bu günlər, Məhərəmlik günlərində məscidlərə həmişə pulların artıq-urtuqlarından həmin əlillərə ehsan verirlər. Gedin, baxın, görün ki, onlar Allah evində haqqdan-ədalətdən necə danışırlar.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10