![](/uploads/posts/2020-04/medium/1586962653_3333333333333.jpg)
Xəbər verdiyimiz kimi cənab Prezident İlham ƏliyevMasallı rayonunda əkin sahələrinin suvarma suyu ilə, eləcə də içməli suya təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya
tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə 700 min manat pul ayrılıb. Həmin vəsait hesabına Masallı rayonunun 10 ərazisində subartezian quyusunun layihələndirilməsi və qazılması nəzərdə tutulub. Həmin quyular bəs hansı ərazilərdə inşa ediləcək? Masallı İHB-nin müavini Adəm Məhərrəmov sorğumuzu cavablandıraraq bildirib ki, həmin quyular rayonun Babaser, Bala Təklə, Köhnə Alvadı, Qodman, Öncəqala, Sərçuvar, Tüklə, Əhmədli kəndlərində və Ərkivan qəsəbəsində qazılacaq. Sual yaranır ki, rayonun bulaqlar kəndi sayılan Ərkivan qəsəbəsinin hansı məhəlləsi bu imkandan faydalanacaq. Ərkivan Ərazi Dairəsindən aldığımız məlumata görə həmin quyu qəsəbənin Pələnküştə məhəlləsindəki tut bağının suvarılması məqsədi ilə inşa ediləcək.
İnşaat işlərini Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Beyləqandakı regional idarəsi aparacaq. Həmin quyuların ilin sonuna kimi istifadəyə veriləcəyi gözlənilir.
Cenub.az