Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bazar getdi||--||



 Halbuki bazara iddiasından əl çəkəndən sonra çoxları düşünürdü ki, ata-oğul Həşimovlar elə məhkəmə zalından azad ediləcək. Hətta bizə çatan məlumata görə yaxınları göz-aydınlığa gələnlər üçün çadır da qurmağa hazırlaşırmış. Lakin gözlənilənlər reallaşmadı. Bizə daxil olan məlumata görə bəzi şahidlər məhkəmə iclasına gəlmədiyinə və iddiaçı Zaur Abbasov tam əks ifadə verdiyinə görə (yəni Çingiz Həşimov onu döyməyib, sadəcə zarafatla sillə vurub və o heç bir xəsarət almayıb. Guya bütün günahlar həkimlərdə olub ki, onun üçün xəsarət alan şəxs kimi saxta sənəd düzəldiblər) məhkəmə iclası nə az, nə çox martın 15-nə kimi təxirə salınıb. Həşimovlarun məhkəmə iclasını elə planlaşdırıblar ki, onları dərhal Bakı təcridxanasına göndərmək mümkün olsun. Belə ki, hər ayın 3-ü. 13-ü və 23-ü etap, yəni dustaq yola salma günüdür. Bu dəfə də Həşimovlar martın 3-də yola salınıb və məhkəməyə 2 gün qalmış, martın 13-də yenidən Masallıya gətiriləcək.

Göründüyü kimi Həşimovların həbsini sifariş verənlər rəqiblərini daha çox sıxmaq istəyirlər. Bəzi məlumatlara görə, Çingizin bazarında indi rüsum yığan rəqibləri dəqiqləşdirirlər ki, o gündə, ayda bu bazardan nə qədər qazanc götürürmüş və bu qazanc 2 ildə nə qədər məbləğ edib. Tam dəqiqləşdirilməmiş məlumata görə guya indi bu bazarda gündə 500, ayda 15 minə yaxın pul yığılır. Bütün xərclər çıxılandan sonra ən azı 12 min manat qazanc qalır. Bu rəqəmi 2 ilə, 24 aya vuranlar da var. Və Həşimovlardan həmin məbləğə uyğun şirinlik istənilir. Belə məlumatlar da var ki, məhkəmənin yubanmasına səbəb bəzi-bəzi yoldaşlara çatacaq sənədlərin tam hazır olmamasıdır.

Bir daha onu bildiririk ki, Həşimovların bazardan imtinası birmənalı qarşılanmır. Bəziləri hesab edir ki, yaşlı adamdır, həbsxana həyatına dözməyib, başqa əlac görməyərək, azadlığı bazardan üstün tutub. Digərləri isə bildirir ki, il ərzində bu qədər mərdanə mübarizə belə acizliklə başa çatmamalı idi. Onlar çox yox, bir neçə ay da dözsəydilər, yerli hakimiyyət daha çox narahat olacaqdı. Necə ki, onlar həbs ediləndən sonra icra başçısı rayonda cangüdənlərindən kənar gəzmir.

Belə düşünənlər də var ki, Həşimovların mübarizədən kənarlaşdırılması bəzi qüvvələrin azad söz deyənlərə qarşı daha kəskin hücumuna şərait yaradacaq, bəhanələr arxasında gizlənmək istəyənlərə isə daha tutarlı arqument verəcək.

Bütün bunlara baxmayaraq Həşimovların çərşənbə axşamını evlərində keçirəcəyi gözlənilir. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10