Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Övladını "otlamağa" məcbur edən şəxs həbs olundu - Foto


Uşaqları "otlamağa" məcbur edib videoya çəkən şəxs həbs edilib. 

CENUB.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
O, qeyd edib ki, araşdırmalar nəticəsində azyaşlı uşaqları həyətyanı sahədə "otlamağa" məcbur edən və videoya çəkərək sosial şəbəkədə paylaşan şəxsin Şamaxı rayon sakini İkram Xudiyev olması müəyyən edilib:
“Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal araşdırmalara başlandı. Araşdırmalar zamanı məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, digəri isə qohumunun uşağıdır. İkram Xudiyev polis şöbəsinə dəvət edilərək izahatı alınıb. O etiraf edib ki, videonu zarafatla çəkib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə İkram Xudiyev 10 sutka inzibati həbs cəzasına məhkum edilib”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10