Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“...mən uşaq qaçırmaqda ittiham olunuram“ - Millət vəkilinə cinayət işi açılıb?


Milli Məclisin deputatı Ramil Həsən son günlər haqqında yayılan ittihamlara cavab verib.
Cenub.az Yenisabah.az-a istenadla xəbər verir ki, deputat yayılan məlumatların heç bir əsası olmadığını bildirib:
“Mən çox təəssüf edirəm ki, bu çətin və xalqın, cənab Prezident İlham Əliyevin başçılığı ilə dövlətin koronavirusla mübarizə apardığı bir dönəmdə şəxsi məsələlərim barədə ictimaiyyətə məlumat vermək məcburiyyətindəyəm. Kimlərinsə haqqımda yaydığı statuslar və istinad göstərilən mənbələrdəki fikirlər, yazılar hamısı cəfəngiyatdır, heç bir reallığı əks etdirmir.
Yazırlar ki, guya, mən uşaq qaçırmaqda ittiham olunuram, Moldova respublikasında haqqımda cinayət işi açılıb və axtarışdayam. Bunlar gülünc ittihamlardı, böhtandır”.
Millət vəkili bildirb ki, bu fikirlər təkzib olunmasa, məhkəməyə müraciət edəcək: “Mən bəyan edirəm ki, bu proses davam etdiyi təqdirdə, şərəf və ləyaqətimi qorumaq üçün müvafiq dövlət orqanlarına müraciət edəcəyəm. Mənim heç bir ölkədə hansısa bir problemim yoxdur. Heç kim bununla bağlı rəsmi, hüquqi bir fakt, sənəd ortaya qoya bilməz. Bu iftiradır mən və ailəmin şərəf və ləyaqətinin alçaldılmasıdır. Həmin adamlara çağırış edirəm ki, mənim barəmdə yaydıqları cəfəngiyatları təkzib etsinlər”.
Millət vəkili onun rusca müsahibə verməsi və bunun ətrafında aşağılayıcı kampaniyaların aparılmasına da diqqət çəkib:
“Mən çox təəssüf edirəm, millət vəkili seçildikdən sonra haqqımda aşağılayıcı, qərəzli, sifarişə söykənən məlumatlar yayılmağa başlayıb. Üç həftə əvvəl koronavirus pandemiyası ilə bağlı telekanalların birinə verdiyim rus dilində müsahibə nədənsə indi ortalığa çıxıb və onu istədikləri formada kəsib-doğrayıb, məni rusca pis danışmaqda suçlayır, hətta təqdir edirlər.
Mən Azərbaycanın millət vəkili olaraq, eyni zamanda sadə vətəndaş olaraq qanunlarımıza riayət etməyə borcluyam. Qanunda da aydın göstərilir ki, dövlətimizin rəsmi dövlət dili Azərbaycan dilidir. Hər bir vətəndaş istədiyi dildə danışa, fikrini çatdıra bilər. Amma əsas məsələ öz doğma dilini bilməkdi. Xüsusən də sən məmursansa, ictimai xadimsənsə. Şükürlər olsun ki, mən Azərbaycan dilini mükəmməl bilirəm və fikirlərimi açıq aydın, müfəssəl şəkildə çatdırmağımda heç bir problem yoxdur.
Mənim rus dilində danışarkən hansısa qrammatik səhvləri görmək və bundan mənə qarşı istifadəyə cəhd eləmək biabırçılıqdır. Mənə qarşı sosial şəbəkələrdə tənqidlər yazan şəxslərin özləri görəsən bizim dilimizi hansı səviyyədə bilirlər? Öz dilini bilməmək ayıbdı, yoxsa hansısa xarici dildə danışarkən səhvlər etmək? Məni xarici dildə danışarkan hər-hansı bir səhvlərə yol verdiyimə görə tənqid etmək, hətta təhqirə keçmək yolverilməzdir. Həmin şəxslərə üz tutub deyirəm ki, çalışın ilk növbədə öz dilinizi mükəmməl bilin. Əsas məsələ odur ki, öz dövlətinin maraqlarını, strateji xəttini, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirmiş olduğu reform və islahatlar siyasətini, doğru, düzgün, səlis, açıq və aydın şəkildə əhaliyə təbliğ edə biləsən. Mən illərdir ki, bu işlə məşğulam və bu mənim üçün böyük fəxrdir”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10