Daşkəsənli deyir:- - Ay başı daşlı, Daşkəsəndə nə var ki, sənə pay da göndərim. Ölməmişdən öncə xəbər elə, bir yaxşı baş daşı düzəltdirim. Olsun sənə hədiyyə.
YUXU ƏHVALATI
Qonşu rayonlardan mollagünə bir nəfər Ərkivanda ərazi nümayəndəliyinə gəlib təkidlə bildirir ki, axşam yuxuda Xızır peyğımbəri görüb və peyğəmbər kəndəki Şah Səfi ocağının ona etibar edilməsini tövsiyyə edib. Nümayəndə nə qədər təkid edirsə, həmin kişini başa sala bilmir ki, yuxu ilə belə iş həll olmaz. Nəhayət, kişidən 1 gün vaxt istəyir. Səhəri gün gələn kişiyə nümayəndə bildiri ki, həmin Xızır peyğımbər axşam mənim də yuxuma girmişdi və bildirdi ki, həmin ocağı o kişiyə vermə.
Heç nədən tələbə
Sovet dövründə orta məktəbi bitirən bir məzun Bakıda vəzifədə işləyən qohumunun yanına gedir və təkilf edir ki, onu mütləq Universitetin “Hüquq” fakultəsinə “salsın”, yəni bu fakultəyə qəbul etdirsin.
Vəzifəli qohum yerlisini heç cür başa sala bilmədiyi üçün onu taksiyə əyləşdirib, gətirir universitetə. Birlikdə 3-cü mərtəbəyə qalxırlar. “Hüquq” fakultəsinini qrşısında dayanan qohumu deyir:
- Bala, mən səni bu fakultəyə gədtirdim. İndi kişiliyin çatır çıxma.
Sevilməyən adam
Sir sifətdən çox eybəcər, həm də dərin qabliyyəti olmayan bir şəxs Rusiyada istirahətdə olarkən tez-tez otaq yoldaşlarına deyir:
-İndi rayonda mənim üçün sino gedirlər, tez gəlməyim üçün saatlrı, dəqidələri sayırlar.
Axır ki, otaq yoldaşları sorüşdülar ki, həmin adamlar sənini üçün niyə belə əldən gedirlər, səbəbi nədir?
Həmin şəxs deyir: - Gələndə birindən şalvar, birindən papaq, birindən pul borc almışam. İndi həmin adamlar gözləyir ki, nə vaxt qayıdıb onlara qaytaracağam.
Mən tankam
Bir gün “ağıllı” dəlilər razılaşırlar ki, “dava-dava” oynasınlar. Hər tərəfdə 5 nəfər dayanır. Kim qarşı tərəfdəki dəliyə barmağını tez tuşlayıb “ku, ku”desə, deməli, həmin dəli “ölürdü”. Beləcə, dəlilər bir-birini “öldürürlər”. Axırda əks tərəfdə bir dəli qalır ki, nə qədər “ku, ku” eləyirlər həmin dəli “ölmür”. “Atəş açan” dəli sorüşür:
- Bayaqdan sənə “atəş” açıram, niyə “ölmürsən”?
“Ölməyən” dəli soyuqqanlıqla deyir:
-Mən tankam!
İri yox, xırda yox, gəl, sən də otur yanımda
Bir qalstuklu, qovluqlu kişi küçədən keçərkən tində əyləşən dilənçi ondan pul istəyir. Həmin kişi utana-utana deyir:
-Bacı, bağışla, xırda yoxumdur
Dilənçi deyir: - Xırda yoxdur, iri ver.
- Heç iri də yoxdur.
Dilənçi:
- İri yox, xırda yox, elə sən də gəl, otur yanımda.
Topladı Zahir Əmənov