![](https://moderator.az/fotobaza/orta/279755.jpg)
Dünyanın koronovirusla mübarizə apardığı günlərdə Almaniyanın ən böyük problemi 38 min 100 seks işçisinə yardımların vaxtında çatdırılmasıdır. Almaniya mediasının manşeti olan bu mövzu artıq "milli məsələ" statusu alıb.
Qaynarinfo xəbər verir ki, koronovirus pandemiyası səbəbiylə qoyulan qadağalar və "Ev ofisi" şəklində evdən də işləyə bilməyən seks işçilərinin alacaqları yardım ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Hətta problemin həllində ölkənin səhiyyə naziri Yens Şpahn da rol almaqdadır.
Alman mətbuatının yazdığına görə, seks işçiləri də sərbəst peşə sahibləri hesab olunduğundan, koronavirusa görə əhaliyə adambaşı verilən 9 min avro yardımdan onlara da pay düşür. Həmçinin, qeyd olunur ki, ölkə KİV-inin məsələni gündəmdə saxlaması nəticə verib. Belə ki, seks işçilərinə ilk maddi yaddımlar paylanılmağa başlayıb. Eyni zamanda, onların aprel, may, iyun aylarında ev kirayələri, zəruri ehtiyacları iş agentlikləri tərəfindən qarşılanacaq. Kirayə haqqını ödəyə bilmədikləri təqdirdə isə, evdən çıxarılmayacaqlar.