![](/uploads/posts/2020-04/medium/1586689269_karona-slah.jpg)
İran koronavirusun bioloji silah kimi istifadə ehtimalını araşdırır.
Axar.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin səhiyyəmidarəsinin rəisi Həsən Əraqzadə deyib.
“Artıq bütün ölkələr bu vəziyyətin (koronavirusun yayılması - red) arxasında bioloji müharibə ehtimalının dayanıb-dayanmadığını bilmək üçün məsələni öyrənirlər”, - Əraqizadə deyib.
Onun sözlərinə görə, hazırda İran alimləri COVİD-19-un biolojo müharibə vasitəsi olamaq ehtimalını araşdırırlar. General bunun ortaya çıxarılması üçün çoxlu vaxt və güc lazım olduğunu bildirib.