Bu barədə www.cenub.az -a həmin rayonun fəal və çox intellektual gənclərindən biri Cabir Baxşiyev məlumat verib. O bildirib ki, bir qrup gənclə birlikdə rayondakı imkansızlara yardım etmək qərarına gəliblər. Əhaliyə çağrışlarında elə ilk saatlarda onlarla gənc cavab verib. Onlara yardım etmək istəyənlərin sayı günbəgün artır. İnanırıq ki, gözəl xeyirxahlıq ənənələri ilə zəngin olan Lənkəranımızda bütün imkanlı şəxslər, eləcə də Hacılar, Kərbəlayılar, sabiq və indiki deputatlar, Lənkərandan kənarda yaşayıb qəlbi Lənkəranla döyünən həmvətənlərimiz səsimizə səs verəcək.
Cənubun mirvarisi sayılan Lənkəranımızda belə çətin durumda hədsiz imkansız, bəzən bir tikə çörəyə möhtac insanların sıxıntı çəkməsi bizlərə yaraşmır.
Sizə ən asan olanı seçin – ya bizə zəng edib (telefon: 050 792 22 02 ) imkansız ailənin ünvanını alın, gedib özünüz ona yardımçı olun, yaxud aşağıda təqdim etdiyimiz etdiyimiz karta (aşağıda ödəmə ardıcıllığı göstərilib) vəsait köçürün ki, biz onlara yardımçı olaq.
Hər şey tam aşkarlıq şəraitində olacaq. ( Günlük yığılan və ümumi məbləğ “Stim-L Tədris Mərkəzi” facebook , “Stim_L_Tedris_Merkezi” İnstagram səhifəsində paylaşılır)
Hamınıza təşəkkür edirik.
Biz sizinlə çox güclüyük! Səsimizə səs verin.
Ödəmə qaydası-MilliÖN-Bank xidmətləri-Unibank-Debet karta online mədaxil-20734313 – 0620
və yaxud online ödəmə qaydası www.million.az - Unitransfer
4028652020734313
Bitmə tarixi : 0620