Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Koronavirus “Viaqra”nın satışını artırdı - Rusiyada gözlənilməyən vəziyyət


Rusiyada cinsi gücü artıran dərman vasitəsi “Viaqra”nın satışı artıb.

CENUB.AZ Rusiya KİV-nə istinadla xəbər verir ki, son həftələrdə "Viaqra" və digər oxşar dərmanların satış həcmi 40% artıb.

Mütəxəssislərin fikrincə, bu dərmanların artan populyarlığı təcrid vəziyyətində olan rusların cinsi fəaliyyətlərinin artması ilə əlaqəlidir.

Bununla yanaşı, digər bir amil isə stressdir.

Bəzi ekspertlər rus ailələrinin uşaq sahibi olmaq üçün karantin müddətindən istifadə etdiklərini düşünürlər.

Xatırladaq ki, daha əvvəl də Rusiyada epidemiya fonunda qoruyucu "prezervativ"lərə tələbatın artdığı bildirilmişdi.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10