
Elə bilirsiniz, xaraba yolun xeyri azdır. Odur e, neçə yolu asvalt eləmişik, gündə bir qəza olur, hər ay neçə adam olur. Heç indiyə qədər xaraba yolda ölən olub, yox. Uzağı, şalvarı batır, qıçı burxulur, maşını zədələnir və s.
Yolun xaraba gündə olmasa, mal satanlara da xeyirdir. Çəkmə , qaloş və buna bənzər şeylər daha yaxşı gedir.
Maşın xarab olacaq, sürüçü düşüb alver edəcək. Maşın xarab olacaq, maşın düzəldənlərin çörək yeri artacaq, maşın palçıqa batacaq, maşın yuyanlar əlavə pul qazanacaq və s.
Bir dəfə özüm də “Köhnə Bazar”ın içində keçən həmin tarxi-xaraba yola səyahət etdim. Özgə kayf imiş. Maşının dal təkəri bu çaladan çıxmamış, qabaq təkər o biri çalaya düşür. Bir-birndən dərin, ürək oxşayan çalalar, sanki maşınları nəğmə oxudur:
Bu yana döndər məni,
O yana döndər məni,
Bu çala lap qəşıngdir,
O çalaya döndər məni.
Açıq söhbət eləmək istəyirəm. Vallah, indi bizdə bir şey yoxdur. Torpağa biz baxmırıq, əmlaka biz baxmarıq, 2-3 vəzifə qalıb, onu da nə qədər silkələmək olar.
Yenə çörək seçkilərdə idi. İndi də qarışıdan bələdiyyə seçkiləri gəlir. Uşaqlara tapşırmışam, bekarçılıqda, iş vaxtı krossvord oynamağı yığışdırn, gələcək bələdiyyə yerlərinin sahibləri ilə məşğul olun. Öz aramızdır, 100 bələdiyyə yeni az deyilə ha...
Nə isə. Xaraba yollarla irəli, mənim dözümlü xalqım!
Zahir Əmənov