Koronavirusun isti havada məhv olduğu ilə bağlı iddialar xeyli müddətdir ki, davam edir. Bəzi mütəxəssislər virusun 20-25 dərəcə selsidə məhv olduğu, yaxud yoluxdurmaq qabiliyyətini itirdiyini iddia etsə də, Ekvadorda baş verən olaylar bütün dünyanı məyus edib.
Cenub.az xəbər verir ki, Ekvadorda temperaturun axşamalar 25, gündüzlər isə 32 dərəcə selsi olmasına rəğmən, koronavirus yoluxmaları davam edir. Bu səbəbdən də yerli həkimlər yaxın günlərdə ölüm hallarının çoxalacağı qənaətindədir. Mütəxəssislərin qənaətincə, koronavirusun isti havada belə öz aktivliyini ititrməməsi onun ətraf aləmin təsirinə davamlı olduğunu sübut edir.
Qeyd edək ki, Ekvadordakı isti havaya rəğmən koronavirusun öldürücülük qabiliyyətini itirməməsi bütün dünyada məyusluqla qarşılanıb. Bununla belə, bəzi ekspertlər bu barədə qəti qərar çıxarmağın tez olduğu qənaətindədir. Onların fikrincə, “yandırıcı istilərin” koronavirusun məhv edəcəyi ilə bağlı ümidləri dəfn etmək üçün hələ tezdir.