Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bütün gözlər Milli Məclisə dikilib – ŞOK DETALLAR




2005-ci il parlament seçkilərindən sonra Milli Məclis sədri seçilən Oqtay Əsədov səlahiyyətlərini həyata keçirməyə başladığı ilk gündən MM Aparatında attestasiya adı altında guya ciddi “kadr dəyişiklikləri”nə baslamışdı. Nəticədə uzun illər qanunvericilik sahəsində peşəkarlığı ilə seçilən Aparatda “can qoymuş” hüquqşünasların bir qismi Murtuz Ələsgərovun komandası adı altında məqsədli şəkildə vəzifədən kənarlaşdırıldı, bu iş sonrakı illərdə də mərhələli qaydada davam etdi. Bu, bir yana qalsın, onların yerinə işə götürülən işçilərin heç bir peşəkarlıq səviyyəsi nəzərə alınmayıb, yalnız hansısa icra başçısının oğlu, kürəkəni, hansısa deputatın oğlu və ya qızı, Oqtay Əsədovun qohumu olması əsas meyar olmuşdu. Nəticədə Milli Məclis Aparatında kadr potensialı biabırçı şəkildə pisləşmiş, kimlərinsə qohumları aparata “doluşmuşdu”.
KONKRET.az genişləndirilmiş siyahını oxucuların diqqətinə çatdırır:
Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov, qaniçən Akif Çovdarovun oğlu Ruslan Çovdarov, Abşeronun icra başçısı İradə Gülməmmədovanın oğlu Məhəmmıd Gülməmmədov, bacısı oğlu (İlkin), Oqtay Əsədovun cavanlıq dostu olan Qubadlının icra başçısı Malik İsaqovun oğlu Ramil İsaqov, Elmar Vəliyevin oglu Elmir Vəliyev, Nizami İsgəndərovun oğlu Cavid İsgəndərov, Qobustan rayon icra başçısının oğlu Fuad Məmmədov, Zaqatala, Göyçay və Quba rayonlarının icra basçısı olmuş Mübariz Ağayevin oğlu Hüseyn Ağayev, Oqtay Əsədovun öz bacısı oğlu, MM aparatının ağası sayılan Fuad Ələkbərov, Oqtay Əsədovun bacısı oğlunun əmisi oğlu Samir Ələkbərov və məşuqəsi, Oqtay Əsədovun bacısı oğlunun qaynı İlkin Məmmədov, Oqtay Əsədovun qudası Alı Qocayevin oğlu və qardaşı oğlu Kamil və İlham Qocayevler, Pedoqoji Universitetin rektoru Yusif Məmmədovun oğlu Cahid Məmmədov, Ramil Usubovun qohumu Həsən Şirinov, Eldar Əzizovun kürəkəninin qardaşı Teymur Tağıyev, Novruz Məmmədovun qardaşı oğlu Emil Məmmədov, Oğuz rayon icra başçısının kürəkəni Samir, Miri Qənbərovun nəvəsi İlahə və əri Emin, Hadi Rəcəblinin qudasının oğlu İlqar Əlizadə, Siyavuş Novruzovun qaynı Nofəl, Hicran Hüseynovanın qızı, (Analitik şöbədə) Şamaxının prokuroru Zakir Müslümovun oğlu Səid Müslümov, Səttar Möhbalıyevin qardaşı oğlu Cavid Möhbaliyev, Xələf Xələfovun qızı Ülkər Xələfova, iri tikinti maqnatlarının, bank rəhbərlərinin, bir neçə digər iri və orta statuslu məmur övladları, biznesmen uşaqlar, nazir müavinlərinin oğul və qızları
Vəziyyət o həddə catıb ki, 1 ailədən 3 nəfər – ər-arvad, qayınata, ər-arvad baldız – Aparatda müsabiqədən və müsahibədən kənar işə düzəlmişdi. Təbii ki, bu mənzərədən sonra o əməkdaşların çoxu işə gəlməyə-gəlməyə əmək haqqı alıb, işə gələnlər isə sərbəst şəkildə, iş vaxtını Milli Məclisin yeməkxanalarında çay içib zarafatlaşmaqla, kabinetlərdə yatmaqla keçiriblər. Nəticədə qiyməti yüzminlərlə ölçulən maşınlarla aradabir işə gələn bu “kadrlar”ın görməli olduğu lakin qabiliyyətsizlikləri ucbatından görmədikləri xidməti iş min bir əziyyətlə aparata işə düzəlmiş kasıb-kusub uşaqlarına gördürülüb və bu işi görənlərin əməyi fakitiki indi də istismar olunur. Bu yazılanlar son 14 ildə Aparatda baş verənlərin yalnız cüzi bir hissəsidir. Bunlardan əlavə, heç bir iş, bilik, bacarıq keyfiyyəti olmayan “kadrlar”ın və həmin kadrların məşuqələrinin adları Oqtay Əsədovun tapşırığı ilə dövlət qulluğunda fərqlənməyə görə medalı alanların siyahısına daxil edilib. Oqtay Əsədovun şəxsi mühafizəçisi və qohumu Rəşadın aparatdakı hegemonluğu isə ayrıca bir mövzudur. Bu haqda bir neçə ay əvvəl mediada geniş yazı da yayılmışdı. İş o həddə çatmışdı ki, Milli Məclisin adı acıqlanmayan hansısa komitə sədrinin müavininin adından da mediada yazı getmiş və o yazıda da qeyd olunmuşdu ki, Milli Məclis sanki icra basçılarının övladları üçün yaradılıb. Oqtay Əsədovun özü və ailəsinin Moskvada müəyyən obyektlər işlətməsi ilə bağlı mediada bir neçə ay əvvəl biabırçı yazılar da dolaşmışdı. Bu adam fəaliyyəti dövründə ancaq parlamenti hörmətdən salmaqla məşğul olub.
İndi sual yaranır, Milli Məclis rəhbərliyi tam dəyişildikdən sonra aparatda yuxarıda adları qeyd olunan şəxslərin (hamısı da olmasa, əksəriyyəti) bacarıqsız övladları vəzifədə saxlanılacaqmı? Yeni yaranmış vakant vəzifələrdə onlar irəli çəkiləcək, yoxsa həqiqətən iş yükünü çəkən savadlı yetkin kadrlar?
Digər dərd odur ki, Milli Məclisin əksər şöbə müdirlərinin yaşı 70-dən yuxarıdır. Kresloya kleylenmiş, kresloda yuxulayan, pilləkənləri əsə-əsə qalxan həmin təqaüdçülər yenədəmi vəzifəsində qalacaq? Köhnə hamam köhnə tasmı olacaq?
Bu sualların cavabını Milli Məclisin yeni sədri verməlidir.
İlham İlhamlı,
KONKRET.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10