Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikdə hamilə məktəbliyə görə 59 yaşlı müəllim həbs edildi


Lerik rayonunda məktəb müəllimi Şəfahət Məmmədov saxlanılıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
Onun sözlərinə görə, faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, aprelin 6-da Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdi (təvəllüdü 2003-cü il) kəndin rus dili müəllimindən (təvəllüdü 1961-ci il) 5 aylıq hamilə olduğu barədə məlumat yayılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10