Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Fonda cəmi 16 deputat pul köçürüb - Siyahı


Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr davam edir. Bu günə qədər fonda 109 milyon 933  min 401 manat vəsait daxil olub. İanələrin 20 milyon manatı Prezidentin Ehtiyat Fondu, yerdə qalanını isə 2610 hüquqi, 8169 fiziki şəxs edib. 
Yenisabah.az Fonda ianə edən fiziki şəxslər arasında deputatların olub-olmadığını araşdırıb. Bəlli olub ki, deputatlardan yalnız 16 nəfəri fiziki şəxs olaraq Fonda ianə edib. Həmin deputatların siyahısını və ianə etdikləri məbləğləri təqdim edirik: 
İsa Həbibəyli - 1000 AZN
Ülvi Quliyev - 5000 AZN
Nigar Arpadarai - 300 AZN
Qüdrət Həsənquliyev - 500 AZN
Naqif Həmzəyev - 1000 AZN
Bəhruz Məhərrəmov - 1000 AZN
Ziyafət Əsgərov - 4000  AZN
Novruzəli Aslanov - 2000 AZN
Fatma Yıldırım - 1000 AZN
Zahid Oruc - 1000 AZN
Kamran Bayramov - 2800 AZN 
Qənirə Paşayeva - 2800 AZN
Nizami Cəfərov - 3500 AZN
Azər Kərimli - 1000  AZN
Cavanşir Feyziyev - 20.000 AZN
Bəxtiyar Əliyev - 5000 AZN
Elşad Mirbəşiroğlu - 501 AZN
Məlumat üçün deyək ki, Milli Məclis 125 deputatdan ibarət olmalıdır. Lakin fevralın 9-da keçirilən növbədənkənar seçkilərdən sonra 4 dairənin nəticələri ləğv edilib. Bu baxımdan, hazırda parlamentdə 121 deputat təmsil olunur. Sıravi vətəndaşların belə, Fonda ianə etdikləri vaxtda 121 deputatdan yalnız 16 nəfərinin bu təşəbbüsə dəstək verməsi təəssüf doğurur. Millət vəkili olan bu şəxslər indiki ağır dönəmdə də öz statuslarını doğrultmasalar, nə zaman doğruldacaqlar? Bu sualın cavabı hələ ki, açıq qalır.
Yeri gəlmişkən, Milli Məclis hüquqi şəxs qismində Fonda 162 min 957 manat ianə edib. Lakin bunun deputatların fərdi təşəbbüsünə aiddiyyəti yoxdur. 
Maraqlı məqamlardan biri də budur ki, bəzi deputatların özləri Fonda ianə etməsələr də, yaxınları bu təşəbbüsə dəstək veriblər. Məsələn, Fəzail Ağamalının qızı Günay Ağamalı Fonda 1000 AZN , Nəsib Məhəməliyevin qardaşı Yusif Məhələmiyev isə 5000 AZN ianə edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10