Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Sanki sualtı qayıqdayıq, fəqət, üzə çıxanda nələrlə qarşılaşacağımızı bilmirik…” “Bir çox dövlətlər öz müstəqilliklərini itirəcək, amma Azərbaycan…”


Pandemiya adlanan dönəmdə insanlarımızın, xüsusilə, keçmişdə müxtəlif postlarda, siyasi proseslərin içərisində olmuş vəzifə sahiblərinin sıxıcı karantin günlərini necə keçirdiyi, hazırkı durum barədə nələri düşünməsi maraqlıdır.

Cenub.az Moderator.az-a istenadan  bu dəfə 1988-1993-cü illərdə Azərbaycan parlamentində spiker müşaviri kimi çalışmış  Cahangir  Nəcəfovun sözügedən mövzuda fikirlərini paylaşır .

“Hazırda bağ evindəyəm, xanımım, nəvələrim, qardaşım da yanımdadır. Şükür Allaha, dolanırıq, günümüzü keçiririk…  Avtonom yemək-içmək, müalicə…  Sanki sualtı qayıqdayıq… Çalışıram ki, darıxmayım.  Ya internet, ya kitablar vasitəsilə mütaliə edirəm… Qohumlarla, dostlarla telefon vasitəsilə ünsiyyət saxlayıram…”- C.Nəcəfov belə deyib.

“Sizcə bu koronavirus bəlası səngiyəndən sonra dünya necə dəyişəcək?”- sualını isə  sabiq spiker müşaviri qısa cavablandırıb:

“Öncə dediyim kimi, sanki sualtı qayıqdayıq, fəqət, suyun üzünə çıxanda nə görəcəyimizi, hansı dəyişikliklərlə qarşılaşacağımızı, “quru”ya qayıdanda başımıza nələrin gələcəyini bilmirik… Lakin, çox güman ki, pandemiya deyilən bu dövr  başa çatandan sonra planetdə çox şey dəyişəcək. İlk növbədə BMT-nin strukturu, onun Təhlükəsizlik Şurasının strukturu dəyişəcək… Və bir çox dövlətlər faktiki öz müstəqilliklərini itirəcək… Amma inanaq ki, Azərbaycan dövlət rəhbərliyinin, xalqımızın dəyanəti sayəsində bu imtahandan uğurla çıxacaq, inşallah…”   
 moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10