Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

80 yaşlı azərbaycanlı akademik: "Cinsi əlaqə koronavirus xəstəliyini artıra bilər"





Dünyanı lərzəyə salan koronavirus (COVİD-19) virusunun insan yaşamına vurduğu zərbələr hər gün göz önündədir. Alimlərin əksəri virusa qarşı fərqli tövsiyyələr verirlər. Orqanizmin immunitetinin gücləndirilməsi məsələsini qabardan elm əhli bu dəfə cinsi aktivliyi göz önünə sərərək karantin dövründə ər- arvad arasında cinsi münasibətləri artirmağın xeyirli olduğunu bildiriblər. Həmçinin xarici mətbuatda koronavirusa yoluxmuş insanların xəstəliyə müqaviməti artırması üçün cinsi münasibətlərinin normal olması haqqında fikirlər mövcuddur.
Bununla bağlı Sonxeber.az- danışan Azərbaycan Tibb Universtetinin İnsan antomiyası və tibbi terminologiya kafedrasının müdiri akademik Vaqif Şadlinski virus haqqında fikirlərini bölüşüb:

"Bu virusun bəlası bunun mənşəyi və istifadə edilən zərdabın hələki taplmamağındadır. Xəstəliyi müalicə etmək üçün birinci onun mənşəyini bilmək lazımdır. Xəstəliyin yarasadan keçdiyi deyilir. Tarix boyu çinlilər yarasa yeyiblər. Buna görə virusun yarasadan əmələ gəldiyini demək olmaz. Bəziləri deyir ki, koronavirus insanların davranışlarını pozduğuna görə Allahın göndərdiyi cəzadır. Düşünürəm ki, bu xəstəlik təbii hadisələrlə bağlı meydana gələn infeksiyadır. İnsan təbiəti korlayanda, təbiət ona cavab göndərir".

Akademik Vaqif Şadlinski virusun müalicəsi üçün insanların ətraf mühitdən təcrid olunmağını tövsiyyə edib:

"Virusun müalicəsi tam olaraq olmadığı üçün insanlar təcrid olunmalıdırlar. Təcrid olunmaq xəstəliyin çox yayılmaması üçündür. Virus az yayılanda dövlət bunun qarşısını ala bilir. Nə qədər əhalimiz qapalı şəraitdə təcrid olsa, xəstəlikdən tez qurtaracağıq. İnsanlar küçələrə bəhanə ilə çıxsalar, bir-birləri ilə ünsiyyət yaratsalar, xəstəliyin ardı-arası kəsilməyəcək. İnsanlar başa düşməlidir ki, qapanmaq başqa məqsəd daşımır. Bu ayın axırınadək insanlar küçələrdən tamam yığışmalıdırlar. Respublikada bu gün ən böyük xəstəxanalar belə bu qrup xəstələrin müalicəsi üçün istifadəyə verilib. Koronavirusa tutulan xəstələr ən azı 18-28 gün arası müalicə olunur. Birdən 2000, 3000 insan xəstələnsə, həmin insanları xəstəxanaya yerləşdirmək üçün dövlət görün nə qədər əziyyət çəkəcək?
Təkcə bu virusda deyil, keçmişdə vərəm hüceyrələri tapılmayanda da xəstəliyin müalicəsi çətin olurdu. Vaxtilə tələbə olarkən biz müşahidə aparmışdıq. Qruplardan o qədər vərəmli xəstələr çıxmışdı ki… Buna baxmayaraq, onlar özlərinin vərəm olduqlarını hiss etmirdilər. Ona görə də bu xəstəliyin yeganə yardımçısı, hələki təcrid olunmaqdır"

Akademik həmçinin koronavirus infeksiyasından qorunmaq üçün insanların cinsi həyatlarındakı aktivliyindən də söz açıb:

"Cinsi yolla bədənin müqavimətinin yüksəlməsi sağlam insanlarda, məsələn, idmançılarda var. Bu məsələ insan bədəninin quruluşundan asılıdır. Ola bilər ki, cinsi əlaqənin yaranması xəstəliyi artırsın. Çünki cinsi əlaqədə olan partnyorlar xəstəliyin hansında olmasını bilmirlər. İki nəfər pozitiv nəticəsi olan koronaviruslu şəxsin cinsi əlaqədə olmasını demək və xəstəliyə immunitet yaradacağını düşünmək fərziyyədir. Sınaqdan keçməyən müalicə işini tövsiyyə etmək olmaz".     cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10