Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

22 iyul 2003-cü il


Məlimdur ki, sən bu peşəyə bəzi “başıxarablar” kimi ideyaya görə, haqq-ədalət uğurunda çarpışmağa, haqsızlığa qarşı üsyan etməyə gəlməmisən.
Necə deyərlər, məqsəd çaq-çuq eləmək, çörək qazanmaqdır. Bir də desinlər ki, filankəs-filankəsdir.
Birinci şərt. Heç kimdən pul istəmə, amma versələr, qaytarma.
İkinci şərt. Tənqitdən qaç. Bu işdə çörək yoxdur. Hələ üstəlik düşmən də qazanacaqsan. Hərdənbir deyinə bilərsən, “bax, mən də başqaları kimi yazaram ha, amma başa düşün də”. Bax, belə danış, amma tənqid yazma.
Əksinə, pis-yaxşı, tərif yaz. Bu işdə çörək də qazanacaqsan, dost da. Düzdür çoxu deyəcək, satılıb, yaltaqlıq edir, nə bilim, nə, baş qoşma.
Sensasiyalı yazı yazmaq istəsən, dərindən fikirləş. Heç vaxt yazma ki, it adam qapıb. Bunu hamı bilir. Məsələn, yaza bilərsən ki, adam iti qapıb, yaxud, ən mədəni halda, adam adamı “qapıb” (vəzifəlilər arasında bu çox olur).
Heç vaxt günahkar axtarma. Müxalifəti dinləsən, deyəcək ki, iqtidar sökür, xalq yatır. İqtidarı dinləsən, deyəcək müxalifət yoxdur, yaxud xalqı aldadır. Xalqı dinləsən, deyəcək ki, ikisi də yalan deyir. Bu məsələləri çək-çevir edib, axırda Məmməd Araz kimi “bundan inciyənin beləsi belə, mən belə dünyanın nəyindən küsüm?” deməkdənsə, elə bu başdan günahkar axtarma.
Ədədi nöqsanlara toxunma. Tutaq ki, hansı başcının hansı məşuqəsi var, harada Cülleta, harada Monika saxlayır, nə işinə qalıb. Ta eramızdan əvvəl belə işlər var idi. Biri bu işi çerez hərəmxana, biri çerez siğə oformit edib, şairlər bu işin adını “kecilən məhəbbət” qoyub. Loru dildə isə bütün bu işlərin bir adı var onu da hamı bilir: “o məsələ”. Hətta deyilənə görə, qonşu rayonlardan birində gecə 12-də məscidə də, guya qələm vurdurmaq adı ilə qədim peşə sahiblərindən gətirirlər.
Qısası, bu işə baş qoşma, fərasətin var, özün də aitdan-altdan gəziş. Necə deyərlər, yaşamağı bacarırsan, bacar, bacarmırsansa yaşayanlara mane olma.
Pullu işlərdə xüsusi ilə ehtiyatlı ol. Məsələn, eşidirsən ki, cənub rayonlarının birində “qoyun əməliyyatı” keçirilib. Bir çobanı danlayıblar ki, sən 30 qoyun oğurlamısan. Sonra da başlayınlar qoyunları “dubinkalamağa”. Qoyun da tez balalayan şeydir. Hər dubinka dəyəndə balalayıb və oğurluq qoyunların sayı 60-ı keçib. Sonra başlayıblar “qoç”ları-qəsabları, qoyun satanları dindirməyə. Hərəsindən güya 500-100o dollar “boğa-boğa”, “əsrin əməliyyatını” davam etdirirlər. Biri deyir, əvvəldən quraşdırılmış işdir, biri deyir hərdənbir belə əməliyyat keçirilir. Görürsən ki, boş bir şeydir. İndi bunu qəzetə yazmağa dəyməz. Tutulan dinmir, alan dinmir, satan dinmir, qoyun dinmir, “qoç” dinmir sənə nə düşüb? Necə deyərlər, şair demişkən, görürsən ki, aslan susur, sən də sus. Bacarırsan, zirək ol, sən də bir quzubaladan-zaddan qapazla, gününü keçirt.
Xırda bir məsələni də deyim. Yazılanların kefiyyətindənsə, çalış müxbir vəsiqəsi kefiyyətli olsun; onsuz da yazı oxuyan yoxdur, elə vəsiqəyə baxırlar, bir az da müxbirin təhər-töhürünə.
Əgər siz zərif cinsin nümayəndəsisinizsə, işin daha rahat olacaq. Sirr deyil ki, sizin qarşı tərəfə daha “unudulmaz xidmətlər” təklif etmək imkanınız var.
Marşrut seçəndə də diqqətli olun. Əgər cənub bğlgəsinə gəlirsinizsə, qatarla Astaraya gəl, sonra üzü Bakıya, rayonları bir-bir “dişinə”vur-Lənkəran Lerik, Masallı - təbiət qoynu - şəlalələr, meşələr, daha nələr, nələr...., gör necə adamı bəxtəvər edəcəksiniz.
Hələlik bu məsləhətlərə əməl et, mayabaş çıxsan, ardını deyərəik.
Amma nəbadə, bu məsləhətləri əsil jurnalstlərə göstərəsən.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10