Cənub. Az bildirir ki, aprelin 5-də dərc etdiyimiz “Masallii. “Korona” xeyriyyəçillyi geniş vüsət alır” (http://cenub.az/5959-masall-korona-xeyriyyiliyi-geni-vst-alr.html ) yazısında masallıların bu çətin günlərdə etdiyi xeyriyyəçilik işlərindən ətraflı bəhs etmişdik.
Yazıdan sonra da redaksiyamıza maraqlı soraqlar gəlib. Məlum olub ki, Bədəlan Ərazi Dairəsi üzrə daha geniş miqyaslı işlər görülür. Həmin kəndin Ərazi Dairəsi üzrə İHB-nin nümayəndəsi Nacırza Naağıyev bildirib ki, ərazi dairəsinin Çayqıraq kəndindən əlavə Aşurlu, Dəmirçi, Bədəlan kəndlərində də xeyli xeyriyyə işləri görülüb.
Belə ki, Bədəlan kəndinin özündə adın açıqlamayan şəxs 32 nəfərəin hər birinə 50 manat yardım edib Aşurlu kəndində isə dini icma rəhbəri Məhərrəməli Əbilovun təşkilatçılığı ilə 17 nəfərə 20, 6 nəfərə 50 manat yardım edilib. Ərazi Dairəsinin Dəmirçi kəndində isə xeyriyyəçi Güləxan Əliyev 45 nəfərə 1 kiloqramdan qoyun əti paylayıb. Burada adını açıqlamayan xeyriyyəçi 20 manatdan 12 nəfərə yardım edib. Çayıqraq kəndindəki xeyriyyə işləri barədə isə ötən yazımızda bəhs etmişdik
Ərkivan yenə də nümunədir
Cenub.az qeyd edir ki, rayonun ən çox əhalisi olan Ərkivanda da xeyriyyəçilər köməyini əsirgəmir. Ərkivanlı iş adamı Qabil Məmmədov bütün Ərkivan ərazisi üzrə imkansızlara pulsuz çörək verilməsini öz üzərinə götürüb. Ərazi nümayəndəsi İsrail Tağıyev bildirib ki, biz pulsuz çörək aksiyaysını daha səmərəli təşkil etmək üçün hər məhəllədə xüsusi mağazalar ayırmışıq. Məhəllələr üzrə İsoba da Əkbərin, Miyondidə Hatəmin, Qızılaküçədə Mailin, Göllüdə Çərkəz və Sakitin, Zeynobada Niyaməddinin, Bağlaküçədə Raufun, Həsənəküçədə “OBA”-nın (O cümlədən Allahyarlı kəndində) mağazalarından imkansızlar pulsuz çörək götürə bilərlər. İ. Tağıyüv həm də qeyd edib ki, bəzi məhəllələrdə könüllülər pulsuz çörəkləri imkansızlara özləri paylayıb. Bu sahədə Göllü məhəlləsində könüllü Dilarə Bağırovanın zəhməti daha çoxdur.
Bundan əlavə Ərkivanı Bədirli məhəlləsində qəsəbə ağsaqqal, dini icma rəhbəri HacıYusif Əsgərov 10 evə, Ramazanlı məhəlləsinin ağsaqqallr Hacı Aydın Nurəliyev 40 evə dini acma adında ət paylayıb.
Bundan əlavə qəsəbə sakini, “Ümidim sənsən” İB-nin rəhbəri Fidan Abbası və Nahif Tağyev 3 mağazada pulsuz çörək aksiyası keçirib. Həmçinin Fidan Abbaslı xeyriyyəçi Arzu Bağırovanın dəstəyi ilə 15-dən artıq imkansız ailəyə ərzaq yardımı edib.
Ərkivanda 100 imkansıza 5 min manatlıq yardım.
Ərkivanın Həsənəküçə məhəlləsinin sakini Ağayev Ağabba Ağaxan oğlu Rusyada çalışan həmkəndlilərininin yardımlarından istifadə edərək qəsəbə üzrə 100 imkansızın hər birin ailəsinə 50 manat yardım edib
Digər ərazilərdə də xeyriyyə işləri davam edir. Cenub.az-ın məlumatına görə, artıq Təklə, Qızılağac, Qarğalıq, Hüseyhacılı və digər ərazi vahidlərində Məhşur Məmmədovun dəstəyi ilə pulsuz çörək aksiyaları təşkil olunub. Qızılağac, Mahmudavar kəndlərində də xeyriyyəçilər imkansızlara ət paylayıb.
Xırmandalı
Bu ərazi dairəsində Ərəb kəndin Haci Zahid hər gün pulsuz çörək verməyi öhdəsinə götürüb. Xırmandalı kənd sakini Eldəniz İbrahimov isə 10 nəfərə un paylayıb.
Hansı ərazilərdən hələ tərpəniş yoxdur?
Bütün ərazilərlə tam əlaqə saxlaya bilməsək də, telefon əlaqəsi saxladığımız
Güllütəpə, Qızılavar, Qəriblər, Xıl, Hişgədərə və digər ərazi dairələri üzrə hər hansı xeyriyyə işinin sorağı yoxdur.
İcra hakimiyyəti 140-dan artıq tənha insana ərzaq yardımları edib
Göyçöldən iş adamı Xudayar Rəhimov yaşadığı kənddə imkansızları himayə etməyi öz üzərinə götürüb. O hər gün kənddəki imkansızlara 150 şörək verdirir. Bundan əlavə 14 imkansız ailənyə hər birinin dəyəri 50 manata yaxın olaq ərzaq bağlaması verdirib. Eləcə də Masallı şəhəri üzrə seybətinli iş adamları ərazidəki imkansızlara müvafiq köməklər göstərirlər. Köhnə Alvadı xeyriyyəçiləri də bu sahədə işlər görməyə hazırlaşır.
Bu mövzuda yazılarımız davam edəcək. Bizimlə əlaqə saxlayın. Telefon 050 (70) 322 75 23 (Həm də Vatsap).
Zahir Əmənov. Cenub.az