Sübahir Qurbanov əfv edildi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov əfv edilib.
"Cenub.az" xəbər verir ki, Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamda S.Qurbanovun da adı var.
Qeyd edək ki, S.Qurbanov 2015-ci ildə həbs olunmuş və Bakı Hərbi Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilmişdi.
S.Qurbanov Masallı rayonunun Qızılavar kəndində anadan olub.
Atası Xalq Qurbanov rayonun tanınmış ağsaqallarından olub.
S.Qurbanov həbsdən öncə anadan olduğu kənddə çoxlu abadlıq və xeyiriyyəçilik işləri görüb.