Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ayətül-kürsü koronavirusa kömək eləyir? - Bakıda qeyri-adi “təcili yardım” zəngləri


Ayətül-kürsü koronavirusa kömək eləyir? - Bakıda qeyri-adi “təcili yardım” zənglər


Kulis.az Bakı şəhərinin keçirdiyi karantin günlərində təcili yardıma edilən qeyri-adi zənglərdən bir neçəsini təqdim edir. Material adının çəkilməsini istəməyən həkim və şəfqət bacılarının danışdıqları əsasında hazırlanıb.
Naməlum zəng:
- İşiniz təhlükəlidir! Çoxlu sarımsaq yeyin.
***
- Alo!
- Bəli!
- Ay bala, bu zibilə qalmış korona nə vaxt bitəcək? 85 yaşım var, hər axşam normal uzanıram, səhər dururam ki, nəvələrim məni üzü qibləyə çevirib.
***
Yaşlı qadın səsi:
- Alo. Təcili yardımdı? Eşitmişəm, Siz ölənlərdən də analiz götürürsünüz, düzdür?
- Xəstəliyin yayılmaması üçün edirik, bəli.
- Xahiş edirəm gəlin məndən analiz götürün.
- Qızdırmanız var?
- Yox. Heç nəyim yoxdu. Tək qalıram. Deyirəm, qəfil ölüb-eləyərəm, sizə zəng edən olmaz. Ya da ünvanımı yazın, zəng eləməsəm, gələrsiz.
***
Yaşlı kişi səsi:
- Alo! Təcili yardımdı?
- Bəli. Nəyiniz var?
- Bircə evim var, onu da bu biqeyrət oğlum arvadının adına keçirib.
***
Daha bir yaşlı qadın həkim çağırır və sözünün sonunda dönə-dönə tapşırır: “Xahiş edirəm, “sestra”ya deyin, iynədən sonra yanımı şapalaqlamasın.”
***
- Alo!
- Bəli!
- Mənim sənəddə yaşım 64-dür, amma əslində 66-yam. Küçəyə çıxa bilərəm?
***
Daha bir zəng:
- Alo! Koronavirusdur?
***
- Təcili həkim göndərin!
- Qızdırmanız var?
- Yox. Qəbzim var. Bayıra çıxanda əziyyət çəkirəm, qızdırmam qalxır.
***
- Alo! Evimizdə üç nəfər var, üçünün də qızdırması var.
- Bu saat həkim göndərərik.
- Nə həkim? Sosial yardım vermirsiniz siz?
***- Darvazamızın ağzındakı tut ağacının altına gəlin. Mən orda gözləyəcəm. Ağzımda ağ maska olacaq.
***
- Alo! Həkim. Qonşu blokdan söz soruşduğu yerdə qəfil asqırdı. Tez qapını örtdüm. İndi nə edim, bilmirəm?
***
- Alo, həkim, bilmirsiz, ayətül-kürsü koronavirusa kömək eləyir?
***
- Alo. Baxın sizə bir söz deyim. Mən evdə tək oluram. Heç kimi də yanıma buraxmıram. Qzıdrmam qalxsa, məni karantinə almağa ehtiyac yoxdur.
***
Sərxoş kişi səsi:
- Alo. Arvadım evdən qaçıb. Sevgilisi var, bilirəm. Amma mən onu yenə bağışlamağa hazıram. Mümkünsə tapın gətirin!






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10