Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Onunla zarafat etməyin: O, heç kimə güzəştə getmir, hətta onu yaradana da!”




Bütün dünyada sürətlə yayılmada olan koronavirus xəstəliyi fonunda bu virusun bioloji silah nümunəsi olması ilə bağlı iddialar bitmək bilmir. Lakin ən başlıca sual budur: Əgər koronavirus həqiqətən də bioloji silah nümunəsidirsə, o zaman onun bu silahı yarada biləcək bütün potensial güc mərkəzlərində - Çin, Rusiya, ABŞ və Avropada yayılması nə ilə bağlıdır? Niyə bu virusu ortaya atan dövlət özünü ondan  sığortalamaq haqqında düşünməyib?
Cenub.az xəbər verir ki, Rusiyanın Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin aparıcı mütəxəssisi, siyasi elmlər doktoru Mixail Aleksandrov bu sualla bağlı maraqlı fikirlər səsləndirib. Bioloji silahların kimsəyə, hətta onu yaradan dövlətlərə belə güzəştə getmədiyini bildirən ekspert, koronavirusun da bu qəbildən olduğunu söyləyib:
“Bioloji silahlarla zarafatlar pisdir. Bu silahın səndən yan keçəcəyini gözləmək kifayət qədər sadəlövhlükdür. Çünki bu silah onu yaradanları da hədəf alır və kimsəyə fərq qoymur”.
M.Aleksandrov virusun ABŞ tərəfindən məqsədli şəkildə Çinə qarşı tətbiq edilməsi iddiasının daha inandırıcı göründüyünü vurğualyıb:
“Bəlkə də Amerika virusun Çinə ağır bir zərbə vuracağını gözlədi, çünki Çin ilə problemləri var. Onu əsas iqtisadi və geosiyasi rəqibi kimi görürlər. Amerikanın qənaətincə, belə bir xəstəliyin Çini zəiflətməsi lazım idi”.
Rusiyanın da bioloji silahlar üzərində iş aparıdğını bildirən ekspert,  koronavirusa qarşı peyvəndin hazırlanacağına da əminliyini ifadə edib:
“Olduqca inkişaf etmiş bir mikrobiologiyamız var.Uzun illər bioloji silahla məşğuluq. Həm tibbdə, həm də hərbi tibbdə yaxşı bir mikrobioloji məktəbimiz var.
Biz bu viruslara qarşı qısa  zamanda dərman yarada bilərik. Tez Ebolaya qarşı peyvənd hazırladıq. Bu virusa gəlincə, düşünürəm ki, ona qarşı da bir peyvənd hazırlanacaq. Ancaq bu, heç bir təhlükənin mövcud olmadığı demək deyil. Aşı yaratmaq üçün çox vaxt tələb edir. Onu da unutmaq olmaz ki, bir bioloji silah nə qədər dəhşətlidirsə, bir o qədər çox  öldürür".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10