Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hüquqşünas: “Əli Həsənovun pul kisəsi olan birisinin rahat getməsi yolverilməzdir”


“Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib. Bəli, bu çox yaxşı addımdır”.

Cenub.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov qeyd edib ki, uzun illər Azərbaycan mətbuatını məhv edən, ondan “reket dəstəsi” düzəldib insanları terror etdirən, əxlaqsızlıq tirajlayan, büdcənin milyonlarını talayan, şəhid ailələri, müharibə əlilləri kirayədə yaşadıqları zamanda dövlət hesabına həyasız, reket jurnalistləri rüşvət müqabilində evlə təmin edən, Əli Həsənovun pul kisəsi olan birisinin beləcə rahat getməsi yolverilməzdir: “500-1000 manata görə müəllimlər, həkimlər, biznes adamları haqqında cinayət işi başlayıb istintaq aparan Respublika Prokurorluğunun Korrupsiya ilə Mübarizə İdarəsinin əsl işi belələri ilə olmalıdır ki, büdcədən oğurlanmış yüz milyonları sahibinə qaytarsın. Bu tipin də aid olduğu cinayətkar dəstəni ifşa etsin. Bu edilməyəcəksə, bu sərəncam sadəcə oğurlanmış milyonların üstünü örtməkdir”.
konkret.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10