Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Fəzail Ağamalı Türkiyədə soyuldu - FOTO




Millət vəkili Fəzail Ağamalı Türkiyədə soyğunçuluğun qurbanı olub.

Bu barədə məlumatı Türkiyənin "Sabah” qəzeti yayıb.

Fəzail Ağamalı polisə verdiyi ifadəsində Beşiktaşa getmək üçün taksiyə mindiyini, taksi sürücüsünün ondan 25 lirə istədiyini və pulu ona verdiyi anda sürücünün pul qabını əlindən aldığını bildirib.

Fəzail Ağamalı taksidən düşdükdən sonra pul qabından 2 min lirənin oğurlandığını görüb.

Polis tərəfindən yaxalanan taksi sürücüsü Selami T. isə oğurluq etmədiyini, Fəzail Ağamalının pulunu taksidə düşürdüyünü deyib.

Məlumata görə, taksi sürücüsünün həbsinə qərar verilib







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10