Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. “Korona” xeyriyyəçiliyi geniş vüsət alır


Bütün ərazilərdə imkansızlara pulsuz çörək paylanılacaq

 Xəbər verdiyimiz kimi Məşhur Məmmədovun “Yardımlaşaq” çağırışına qoşularaq rayonun Ərkinan qəsəbəsi (“Şahin” və  “Qala” marketləri) və Bədəlan kəndində (“Ruzi” market) pulsuz çörək aksiyaları keçirib və keçirir. Redaksiyaya daxil olan məlumata görə, artıq masallılı deputatların təşəbbüsü ilə rayonun bütün ərazilərində pulsuz çörək aksiyası keçirilməyə başlayıb. Yuxarıda qeyd etdiyimiz kimi əsas təşəbbüsçü Məşhur Məmmədov olsa da digər deputatlar, eləcə də xeyriyyəçilər 

Akif Qarayev, 
Hacı Heybət (Yeddioymaq), 
Hacı Ramazan ((Köçəkli, Məmmədxanlı), 
Hacı Aydın  (Böyük Kolatan), 
İlyas Nəbiyev (Təzəkənd), 
İlkin Məmmədov (Çaxırlı) 


yaşadığı ərazilərdə pulsuz çörək aksiyalarını öz üzərlərini götürüblər. Ərkivan qəsəbəsində isə bütün məhəllər üzrə imkansızları pulsuz çörəklə təmin etməyi Qalib Məmmədov öhdəsinə götürüb.

Hazırda hansı ərazilər hazırda pulsuz çörək verilir?

Ərkivandakı 2 mağazada pulsuz çörək aksiyasından sonra Yeddioymaq Ərazi Dairəsindəki  Qasımlı, Şıxlar, 1-2-ci Yeddioymaq,  eləcə də Qızılağac, Viləş, Kosakül, Banbaşı, Çaxırlı,  Binə və Böyük Xocavar kəndlərinin hər birinə hər gün imkansızlar üçün 100 çörək verilir. Yaxın günlərdə, bəzilərində  isə sabahdan bu aksiya bütün rayon ərazisinin pulsuz çörək aksiyası əhatə edəcək. Redaksiyaya daxil olan məlumata görə, yeni seçilmiş Millət Vəkili Məşhur Məmmədov bu sahədə daha yüksək fəallıq göstərir, xeyriyyəçilərin qeyri-fəal olduğu ərazilərdə bu aksiyanın xərclərini özü ödəyir.
Bundan əlavə Hüseyn Hüseynovdan aldığımız məlumata görə Yeddioymaq Ərazi Dairəsindən 70 ailəyə hər biri 35 manatlıq olmaqla ərzaq bağlamaları bağışlanıb.
Ayın 7-dən başlayaraq  Masallı şəhərində daha 1400 ailəyə ərzaq paylanılacaq.

Boradigah. “Vəhdət” İB-nin üzvləri imkansızları 21 min manatlıq ərzaq payladı



Masallıdakı xeyriyyəçilik aksiyasına qoşulan Boradigah qəsəbəsindəki “Vəhdət” İB-nin üzvləri topladıqları vəsait hesabına 21 min manatlıq ərzaq paylayıblar. Onlar 350 ailəyə hər biri 60 manat olmaq (cücə, ət, yaz və digər ərzaqlar) ehtiyaclı ailələrin qapısını döymüşlər. Yardımlar əsasən 3 koteqoriyadan olan ailələrə paylanıb- 1. 65 yaçdan yuxarı olanlar. 2.  Koronovirusla baqlı iş yerlərini müvəqqəti olaraq  qazancını itirənlrə. 3. Ailə başçısını itirən, tənha və imkansız qadınlar.
 

Bədəlan. Çayqıraq nümunəsi. 22 ailəyə verilən ərzaq və nisyə dəftəriindən silinən borclar

[ 05.04.2020] Rabil Abdinov öz FB səhifəsində yazır: Çayqıraq Mədəniyyət Fondu bir günlük kampaniya nəticəsində toplanan 720 manat vəsaitlə 22 ailəyə ərzaq yardımı etdi və  2 ailənin həm də ərzaq mağazasına olan borcları silindi. Ərzaq kimi hər bağlamaya 2 kq düyü, 2 litr yağ, 3 kq qənd, yarım kilo çay və 1 ədəd cücə daxil edildi və o 29 manata başa gəldi, silinən hər bir borc isə 40 manat civarında idi. Yəni ümumilikdə ərzaqların alınmasına 640  və borcların silinməsinə 80 manat sərf edildi.
Yardımları ayrı-ayrı şəxslərin deyil, kənddə yardılan fond adından və anonim formada təqdim edilməsi onu qəbul edənlərdə diskanfort yaratmamaq məqsədi daşıyırdı. Maddi yardım edənlərin özləri də ərzaq paylarının kimlərə verildiyini bilməyiblər. Virtaul təşkil edilən kampaniya bir sıra kəndlərdə və rayonlarda belə ayrı-ayrı insanların analoji təşəbbüsə qoşulmasına səbəb olub.

Jurnalistlər də xeyriyyə aksiyasına qoşuldular


Masallı Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədilə “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərovun, “Masallının səs” internet qəzetinin baş redaktoru Mərhəmət Lələyevin, “Regiontv.az” saytının müxbiri Afər Cahangirovun və ictimai fəal Əli Məmmədlinin birlikdə təşkil etdiyi aksiyada əhaliyə 500-dən artıq tibbi maska paylanılıb 

 Əhalini təmənnasız tibbi maskalarla təmin etmək məqsədi ilə ictimai fəal Əli Məmmədlinin anası Nazilə Məmmədova evində 300-dən artıq tibbi maska tikib.
Ərkivan qəsəbəsində T. Məmmədova da öz təşəbbüsü ilə maska tikib ətrafdakı insanlara paylayıb.

.
Arzu Bağırova və Fidan Abbaslı növbəti xeyriyyə aksiyası keçirtdi

Masallı rayonunda fəaliyyət göstərən, Fidan Abbaslının rəhbərlik etdiyi “Ümidim sənsən” İctimai Birliyi  Arzu Bağırovanın rəhbər olduğu  “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İctimai Birliyi ilə birlikdə Masallı rayonun Ərkivan qəsəbəsi və qonşu kəndlərdə 15 imkansız (Əsasən yaşı 65-dən yuxarı olanlar) ailəyə hər biri 30 manat miqdarında olan ərzaq bağlamaları paylayıb

İş adamlarındandan  və QHT rəhbərlərindən töhvələr

Masallı rayon ərazisində xeyriyyəçilərin dəstəyi ilə əhaliyə pulsuz spirt, maska və əlcək paylanılır.
Əhaliyə dəstək olanlar aşağıdakılardır:

1. Məşhur Məmmədov – Millət vəkili – 4500 ədəd (100 ml) spirt, 4000 ədəd maska

2. Laçın Sadıqzadə - iş adamı – 2000 ədəd əlcək, 1000 ədəd maska, 190 litr spirt

3. Adil Quliyev – “Cənub-2000” MMC-nin rəhbəri – 1200 ədəd maska, 800 ədəd əlcək, 100 litr spirt və 50 ədəd (100 ml) spirt

4. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai birliyinin rəhbəri Arzu Bağırova rayon ərazisində yaşayan Qarabağ əlilləri və Şəhid ailələrinə
ümumilikdə 450 ədəd maska və 50 ədəd tibb çantası paylamışdır.

Masallıda xeyirxah xanımların birlik yardımı
Masallı xanımları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlara tövsiyələrini əsas tutaraq “Biz birlikdə güclüyük” devizi altında  xeyriyyə aksiyasına başlamışlar. 
Əvvəlcə Şəfa Allahverdiyeva aksiyaya start verərək 5 ailənin hər birinə 16 manat dəyərində ərzaq yardımı göstərməyə başlamışdır. Sonra Dilbər İbayeva 1 ailəyə 50 manat dəyərində ərzaq yardımı göstərmişdir. Beləliklə xanımların nəcib və xeyirxah aksiyasına qoşulan xanımların sayı günü-gündən artmaqdadır. Artıq Məhbubə Şahbazova, Mehriban Əkbərova, Aynur Qardaşova və Elfanə Süleymanovada aksiyaya qoşulduqlarını elan edərək silsilə şəkildə imkansız ailələrə ərzaq yardımı götərəcəklərini bildirmişlər.


Bizə məlum  olan məlumatlar hələ ki, bunlardır. Siz də bildiklərinizi 050 (70) 322 7523 saylı telefona zəng etməklə (bu nömrə həm də vatsap-dır) bizə bildirə bilərsiniz.
Redaksiyadan:Həmçinin  təkliflərinizi, iradlarınızı da bizimlə bölüşəsəniz şad olarıq. Məsələn, rayondakı daha hansı iş adamlarını, imkanlı şəxsləri bu xeyriyyəçilər sırasında görmək istərdiniz?
(Biz isə öz növbəmizdə çalışacağıq ki, “korona” xeyirxahlarının Virtual  Şərəf lövhəsini yaradaq).

Hazırladı: Zahir Əmənov. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10