Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Buna qədər insan oğlu özünü çox yekəxana aparırdı, indi özümüzü yığışdırmalıyıq...”




“Düşünürəm ki, bu bir cəzadır, cinayət məcəlləsində də var, insanı ev dustağı etməklə cəzalandırırlar”

Bunu Cenub.az-a açıqlamasında yazıçı Seyran Səxavət koronavirus pandemiyası haqda danışarkən deyib. Yazıçı insanları tələb olunan qadağalara riayət etməyə səsləyib:

“Biz də “Evdə qal” kampaniyasının önündə gedənlərdənik. İndi o qədər vaxt var ki, "sata" da bilərik. Düşünürəm ki, bu bir cəzadır, cinayər məcəlləsində də var, insanı ev dustağı etməklə cəzalandırırlar. İnsan atom bombası yaratdı, yer kürəsini qazdı, daha o qədər şeylər etdi ki, hamısıyla Allahın qəzəbinə tuş gəldi. Əgər biz bir çayın məcarsının istiqamətini dəyişiriksə, bu artıq yolverilməzdir. Bir sözlə, insan oğlu buna qədər özünü çox yekəxana aparırdı. İndi baş verənlərdən nəticə çıxarmalıyıq. Mənə qalsa, koronavirus insanın əxlaqına verilən qiymətin nəticəsidir. Sovet vaxtı əxlaqdan 3-4 qiymət alanlar, indi ondan da aşağı qiymət alırlar. Hamımız çalışmalıyıq ki, evdə qalmaqla həm özümüzü, həm də dövlətimizi qoruyaq. Düşünürəm ki, bu bir ilahi imtahandır və bundan hamımız uğurla çıxmalıyıq. Əgər deyilənlərə əməl etsək, hər şey yaxşı olacaq”. 
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10