![](https://moderator.az/fotobaza/orta/278442.jpg)
Qəbiristanlıqda yer qalmadığına görə virusdan ölənləri evlərinin qarşısına atırlar...
Dəhşətli hadisə Ekvadorda baş verib.
Cenub.az xəbər verir ki, qəbiristanlıqda yer olmadığı üçün polis virusdan ölənlərin meyitini evlərinin qarşısına qoyur.
Ölkə prezidenti Moreno koronavirusdan 2500 adamın öldüyünü etiraf edib. Koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Ekvadorda da insanların ölümünə səbəb olur.
Bildirilir ki, ölkədə səhiyyə sistemi artıq virusun qarşısını ala bilmədiyi üçün ölümlərin sayı artmaqda davam edir. Ölkənin qərbində yerləşən Quayaquil şəhərində artıq qəbiristanlıqda yer yoxdur.
Ekvadorda rəsmi açıqlamaya görə 3 min 368 nəfər koronavirus pandemiyasına yoluxub, 145 nəfər isə ölüb. Prezident Lenin Moreno isə açıqlamasında məlumatların təhrif olunduğunu bildirib və təxminən 2500 adamın öldüyünü etiraf edib.