Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artdı - SİYAHI


                    Azərbaycanda rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artdı -       SİYAHI
     Koronavirus təhlükəsinə qarşı tədbirlər davam etdirilir
 
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 2020-ci il 31 mart tarixli 122 nömrəli və “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarlarında dəyişiklik edib.
 
AYNA xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 1 nömrəli əlavə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının siyahısına daxil edilib:
 
1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
 
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı
 
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
 
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (o cümlədən, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)
 
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
 
6. Azərbaycan Respublikasının Baş Prokurorluğu
 
7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
 
8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
 
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
 
10. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
 
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
 
12. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
 
13. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
 
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
 
15. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
 
16. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
 
17. Azərbaycan Respublikasının Energetika Nazirliyi
 
18. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
 
19. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
 
20. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
 
21. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
 
22. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
 
23. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
 
24. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
 
25. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
 
26. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
 
27. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
 
28. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
 
29. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
 
30. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
 
31. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
 
32. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
 
33. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
 
34. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri
 
35. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
 
36. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
 
37. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
 
38. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
 
39. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
 
40. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)
 
41. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
 
42. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar
 
43. Azərbaycan Respublikasının Dövlət Neft Fondu
 
44. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)
 
45. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
 
46. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
 
47. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi
 
48. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
 
49. Azərbaycan Respublikasının Hesablama Palatası
 
50. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
 
51. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
 
52. “Azəriqaz” İstehsalat Birliyi
 
53. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
 
54. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
 
55. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
 
56. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
 
57. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı
 
58. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
 
59. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti
 
60. “Azərkontrakt” Səhmdar Cəmiyyəti
 
61. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti
 
62. Bakı Nəqliyyat Agentliyi
 
63. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
 
64. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
 
65. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
 
66. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
 
67. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
 
68. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu
 
69. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
 
70. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
 
71. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
 
72. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi.
 
73. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
 
Həmçinin qərarla “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 1 nömrəli əlavə - “Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı”ı da genişləndirilib:
 
1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
 
2. “Azəriqaz” İstehsalat Birliyi
 
3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
 
4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
 
5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
 
6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)
 
7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
 
8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
 
9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti
 
10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti
 
11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
 
12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
 
13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
 
14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
 
15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
 
16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
 
17. Bakı Nəqliyyat Agentliyi
 
18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
 
19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
 
20. Dövlət Dəniz Agentliyi
 
21. Dövlət Mülki Aviasiya Agentliyi
 
22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi
 
23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri
 
24. Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar
 
25.Şəhər və rayon icra hakimiyyəti orqanlarının kommunal xidmətləri həyata keçirən qurumları
 
26.“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti
 
27.“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
 
28.“AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
 
29.“Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti
 
30.Dövlət Avtomobil Nəqliyyatı Xidməti
 
31.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyininMəlumat Hesablama Mərkəzi
 
32.“Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti
 
33.“Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti
 
34.“AzerFon” Məhdud Məsuliyyətli Cəmiyyəti
 
35.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri
 
36.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri
 
37.Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri
 
38. Yanacaqdoldurma məntəqələri”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10