Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı - FOTO


 


ABŞ-ın Atlanta şəhərində yaşayan Keysi Badd qocalmaq əvəzinə cavanlaşmağının sirrini öyrənib.

“Uniland”ın məlumatına görə, xanım bu sirri internet istifadəçiləri ilə bölüşüb. 

Keysi nəfəs gimnastikası etdikdən sonra bərk qidalardan imtina edib. O əmindir ki, bu, həm onun bədənini, həm də həyata baxışını yaxşı istiqamətə dəyişib.

O, ancaq şorbalar, smuzi və digər maye qidalardan istifadə edir, bitki çayları içir.

Əlbəttə, tibb işçiləri mütəxəssislə məsləhətləşmədən bu cür qidalanmağın əleyhinədirlər, lakin Keysi bundan imtina etmək fikrində deyil.

Amerikalı qadın əmindir ki, yeni həyat tərzi onu cavanlaşdırmağa başlayıb.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10