Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Trampın xanımından mükafat alan vəkil Azərbaycanda məhkəməyə verildi




Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkillik fəaliyyətinə xitam verdiyi şəxsi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlı məhkəməyə müraciət edib. 
“Yeni Sabah”ın məlumatına görə, Bakı İnzibati məhkəməsində hakim Aytən Oruczadənin sədrliyi ilə keçiriləcək məhkəmə prosesində Hümbətova Şəhla Knyaz qızı cavabdeh qismində iştirak edəcək. 
Şəhla Hümbətova əsasən ictimai fəallara vəkillik etməklə tanınıb və “Gəncə isi”ndə işgəncə halları ilə bağlı vəsatətlər verdiyi üçün həmin isdən uzaqlaşdırılıb. Bu il martın 4-də isə ABŞ Dövlət Departamentində İllik Beynəlxalq Cəsarətli Qadınlar mükafatına layiq görülüb
Xatırladaq ki, Şəhla Hümbətova vəkillikdən ötən il xaric edilib. Vəkillər Kollegiyasının rəsmi məlumatında buna səbəb kimi, Şəhla Hümbətovanın məhkəməyə saxta sübut təqdim etməsi, ictimai iaşə müəssisələrində ərizəçidən pul məbləğinin alması, məhkəmə iclasında üzürsüz səbəbdən iştirak etməməsi və Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə ödəməməsi qeyd olunub.
Qurumun bəyanatına görə, onlara şikayət edən vətəndaş məhkəmədə iştirak və sorğular üçün cəmi 1300 manat məbləğində vəkilə pul ödədiyi halda, vəkil Şəhla Hümbətovanın ona qəbz vermədiyini, boş blanklara imza etdirdiyini, vəkilin məhkəməyə 3000 manat qonorarla bağlı sənədlər təqdim etdiyini bildirib.
Həmçinin Vəkillər Kollegiyasının Rəyasət Heyəti Şəhla Hümbətovadan Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib ki, onun haqqında araşdırma aparılsın. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10