Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“1918-1920-ci illərdə İspan qripi epidemiyasından sonra insanlar susmuşdu...”- Hadisə şahidi...



1918-1920-ci illərdə dünya miqyasında yayılan və 50 milyon insanın ölümünə səbəb olan ispan qripi haqqında hadisə şahidi olan yaşlı adam o anları danışıb.

Cenub.az xəbər verir ki, yaşlı adamın dedikləri arasında ispan qripinə qarşı görülən tədbirlərin, koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə oxşarlıq təşkil etməsidir. Belə ki, 1918-1920-ci illərin qışında yayılan ispan qripinə 500 milyon insan yoluxub, 50 milyon insan isə həlak olub. 1918-ci ilin payızında yayılan bu virusdan ölənlərin sayı Birinci Dünya Müharibəsində ölənlərin sayından çox olub. 1918-ci ilin noyabrında sona çatan müharibə virusun dünyaya yayılmasına əhəmiyyətli təsir göstərib. 50 milyon insanın ölümünə səbəb olan qrip bəşər tarixində ən böyük epidemiya olaraq qeydə alınıb. 

Yaşlı adam isə o anları belə nəql edib:

“İspan virusu yayılan zaman məsələn, biri qapınızı döyüb deyirdi ki, bir az əvvəl anam öldü, onu dəfn etməyə kömək edə bilərsiniz? Bir də görürdün ki, eyni gündə həmin ailənin bütün üzvləri dünyasını dəyişib. İnanırsınız ki, orda yaşayan 8 nəfərdən tək xəstələnən mən idim. Həkimimiz çox güclü idi, məni tez sağaltdı. Həmin vaxt insanda yüksək temperatur olurdu və insan dərhal ölürdü. Hər kəs tibbi maskalar taxırdı. İnfeksiyanın yayılmaması üçün insanların bir-birilərindən uzaq gəzməsi nəzərdə tutulurdu. Toplantıların keçirilməsi də qadağan edilmişdi. Kilsələr qapadılmışdı. Virusdan sağalan insanların ağlında o qədər dərin izlər qalmışdı ki, insanlar susmuşdular. 1922-ci ildə hər kəs yenidən bir araya gəlib məktəbə və kilsəyə getmək istəyirdilər
Moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10