Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok



Qlobal oyunçular koronavirusdan dünyanı müharibəsiz bölüşdürmək məqsədilə istifadə edə bilərlər.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Mir” televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün çoxlarını koronavirus pandemiyasından sonra nələrin olacağı düşündürür.

BMT-nin koronavirusla mübarizə üçün dünyanın ümumdaxili məhsulunun 10%-i həcmində pul çap etmək təklifini xatırladan Lukaşenko bunların "boş pul" olduğunu bildirib:

“Bu trilyonları kim alacaq, onlar kimdə qalacaq? Varlılar varlı, kasıblar kasıb olaraq qalacaqlarmı? Qalacaqlar. Ölkələri, o cümlədən Belarusu elə yerə itələyiblər ki, onlar gərək dayanıb, oturub, öz cüzi valyuta ehtiyatlarını yesinlər. Rusiyada da onun çox olduğunu demək olmaz. Belə olan halda ÜDM-in 10%-i həcmində pul çap edib, bizə gələcəklər və deyəcəklər ki, sizə bir azca veririk, amma bizim dediklərimizi edəcəksiniz. Bax, dünya belə bölünə bilər.

Bu gün çoxları deyir ki, pandemiyadan sonra dünya fərqli olacaq. Mən bununla razıyam. Bizim dünyada yerimiz harada olacaq? Mənim üçün əsas sual koronapsixoz yox, bax budur. Bu sual tezliklə hər kəs üçün aktual olacaq. Həm də zəngin resursları olan Qazaxıstan, Türkmənistan, Tacikistan, onlardan da daha çox Ermənistan, Qırğızıstan, Ukrayna üçün aktual olacaq. Qorxuram ki, bizi müharibəsiz bölüşdürməsinlər”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10