İraqda bu günə qədər 728 nəfərdə virus aşkarlanıb
İraq Səhiyyə Nazirliyi koronavirusla bağlı maraqlı məlumat yayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Səhiyyə naziri Cəfər Allavi koronavirusun may ayında sona çatacağını bildirib.
“Cidd tədbirlər görülsə və komendat saatı tətbiq edilsə, koronavirus may ayının sonlarında bitəcək”, - deyə Allavi bildirib.
Qeyd edək ki, İraqda bu günə qədər 728 nəfərdə virus aşkarlanıb ki, onlardan 52 nəfəri vəfat edib. 182 nəfər isə sağalıb. Ölkədə tətbiq olunan karantin rejimi aprelin 11-ə qədər uzadılıb.