Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ-ın Azərbaycana ayırdığı yardımın necə istifadə olunacağı açıqlandı


 


ABŞ hökuməti Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Azərbaycan hökumətinin koronavirusun yayılmasına qarşı apardığı səylərə dəstək məqsədilə 1,7 milyon ABŞ dolları miqdarında vəsait ayırıb.

Bu ölkənin Azərbaycandakı səfirliydən "Report"a verilən məlumata görə, sözügedən məbləğ Azərbaycan hökumətilə birgə çalışan və USAID-ın tərəfdaş təşkilatları olan üç qurum arasında paylaşılacaq.

Bunlar Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-in Uşaq Fondu (UNICEF), və Beynəlxalq Qızıl Xac və Qızıl Ayrapa Cəmiyyətləri Federasiyasıdır (IFRC). 

Diplomatik nümayəndəlikdən bildirilib ki, adı cəkilən hər bir təşkilat Azərbaycan hökumətilə tərəfdaşlıq edərək COVID-19 virusunun yayılmasının qarşısı alınması və xəstəliyin fəsadlarının azaldılması üçün göstərilən birgə səylərə öz töhfəsini verəcək.

Üç təşkilata verilən vəsait Azərbaycanın milli laboratoriyalarının, əsaslı nəzarət və təxirəsalınmaz cavab sisteminin gücləndirilməsi, infeksiyanın qarşısı alınması və nəzarəti sahəsində fəaliyyətin artırılması, səhiyyə işçilərinin imkanlarının gücləndirilməsi, habelə ictimaiyyətə virus və onun yayılmasının qarşısı alınması barədə məlumatların çatdırılması kimi fəaliyyətlərə yönəldiləcək.

"Bu gün Amerika xalqının adından Azərbaycan xalqına və hökumətinə təklif etdiyimiz bu dəstək bizim həmrəyliymizin və öhdəliyimizin əlamətidir. Birlikdə biz COVID-19 virusuna qalib gələ bilərik”, - deyə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bəyan edib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10