Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İbn Sinadan min il əvvəlki epidemiya tövsiyələri – Günümüzlə səsləşir - MARAQLI


Bu gün bəşəriyyəti təhdid edən koronavirus təhlükəsindən qorunmaq üçün mütəxəssislər və elm adamları müxtəlif üsullar təklif edirlər. Bu üsulların bir çoxu tarixən yayılan epidemiyalarda sınaqdan uğurla çıxan vasitələrdir.



Orta əsrlər Şərq təbabətinin ən nəhəng ismi, dünya tibb elminin banilərindən biri hesab edilən Böyük Loğman adlandırılan Əbu Əli ibn Sinanın (980-1037) hələ min il bundan əvvəl yoluxucu xəstəliklərə qarşı təklif etdiyi tövsiyələr günümüzün tibb elminin üsullarına uyğunluğu ilə heyrət doğurur.

 

 Böyük Loğmanın insandan insana keçən yoluxucu xəstəlikərlə mübarizədə min il əvvəl irəli sürdüyü tövsiyələri təqdim edirik:

 

- Sirkə ilə təmizlik edin. Əlləri, qab-qacağı və paltarları mütləq sirkə ilə yuyun;



- Toplu halda gəzməyin. Beş-on nəfərlə birlikdə kütləvi yerlərdə oturmayın;



- Bazarları (alış-veriş yerlərini) tərk edin;



- Kütləvi halda ibadət etməyin;



- Puldan çox istifadə etməyin;



- Xəstəlikdən qorunun, amma QORXMAYIN. Xəstələrinizi tərk etməyin;



- Evinizdə oturun və NƏŞƏLİ olun. Xəsətlik yaxşı əhval-ruhiyyədən qaçar.

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10