Artıq küçəyə elektron icazə aldıqdan sonra çıxa biləcəksiz - Rəsmi
“Yaxın saatlarda küçəyə çıxmaqla bağlı icazə qaydaları açıqlanacaq”.Cenub.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.
DİN rəsmisi Əziz Baqişev isə deyib ki, vətəndaşlar elektron qaydada icazə aldıqdan sonra küçəyə çıxa biləcəklər: “Vətəndaşa paytaxtın Nizami rayonuna getməsinə icazə verilibsə, o Xətai rayonunda saxlanılsa, bu, artıq karantin qaydalarının pozulması deməkdir”.