Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

18 aprel 2003-cü il


Başçı: - Səndən kim inciyər? Bu faiz, “şapka” məsələsinin necə möhkəm düzüb qoşmusansa, gecə-gündüz paklıqdan, haqq-ədalətdən danışsam da, dəxli yoxdur, yenə hamı haqqımı vaxtında çatdırır. 3-4 nəfərdən hələ almışam deyə, məndən yaman inciyiblər, hələ xəstələnənlər də var ki, niyə ondan pul almıram.
Eks Başçı:- Onda belə getsə, gərək mənə haqq verəsən ki.
Hər ikisi gülür və 1-çi badəni vururlar
Başçı:- Səndən 2-3 yaş böyüyəm, gərək 1-2 gileyimdən inciməyəsən. A kişi, bu qədər də xəbərçi, güdükçü saxlayırlar? 4-5 nəfər peşakar saxla, kifayyətdir. Çox olnada nə pulların çatdırmaq olur, nə də gətirdiyi xəbərləri ağıllı-başlı araşdırmaq.
Bir də müəllimdir, pensiyaçıdır onların pulundan 3-5 manat kəsib niyə özünü biabır eləmisən, hər 5-6 məktəbdən bir “qlavar” seç, onlar 5-6 ayın haqqın birdən yığıb gətirsinlər. Bir də pul qazanmaq yeri azdır bəyəm? Sahibkarları boğuşdur bir-biri ilə, hər ikisi haqqını gətirsin.
Gərək siyasətçi olasan e. Məsələn, gərək oğurluq işi elə oğurunun böyüyünə tapşırasan. Biri var e, məktəbin nərdivanın, dayısının toyuğunu, həyətindəki turbaların oğurlamışdı. Bax, abadlıq işin tapırmışam ona. Görüm o balaca oğrular, bu ali təhsilli oğrüdan necə oğurlayacaqlar.
Eks Başçı:-Əhali ilə aran necədir?
Başçı-Lap əla. Elə bil, neçə illərdir ki, itən qardaşlarını tapıblar. “Dejurna” ağsaqqaldan tutmuş “dejurna” ziyalıyadək nə təhər əyilirlər qabağımda. Haradan mənə zəng elətdirmirlər. Amma onlardan inciyliyim var. A balam, özünüzə əziyyət verib “AmuDəryaya”, “SamuDəryaya” niyə cumursunuz? Elə qəbuluma gəlib, birtəhər mənə çatdırın ki, Franklin, ABŞ dollarının üstündə şəkli olan ABŞ qubermatoru gəlib, o dəqiqə başa düşəcəm ki, can qardaşım qapıdadır. O Franklinə mənim canım qurban, mənə bica yerə “Dollar Alik” demirlər ki!
Eks Başsı- Deyirlər ki, ayağın yaman ağırdır, sən gələndən qar-yağış camaata rahatlıq vermir, əkinçi bilmir əkdiyi bəhrə verəcək, ya yox. İşıqları o qədər tez-tez söndürürlər ki, sən gələndə heç kim bir kinoya, bir idman yarışına sonadək baxa bilmir.
Başçı: -Bu onların zehni inkişafına xeyirdir. Ağılıl adamdırsa, fikirləşib tapsın ki, bu əsərin, bu kinonun sonu necə ola bilər. Onsuz də kinoların axırı hamısı bir-birinə oxşayır..
Eks Başçı:-Yəqin kadr məsələsində də işin pis olmaz?
Başçı:-Söhbət deyil ki, tenboli mənim kimi təcrübəli adam. Amma 1-2- ni çıxmaq şərti ilə yaman çox yaltaqlanırlar e. Hətta 1-2 dəfə istəmişəm bir-ikisini yaxasından yapışıb deyəm ki, qoyun ili olanda nə olar, a kişi, axı, sən də bir hanpanın oğlusan. Neçə illərdir gedənin arxasınca, gələnin qarşısınca irişirsən, əyilirsən. Sonra fikirləşdim ki, bu vurha-vurda özümə təzə yaltaq, təzə “qoyun” tapan deyiləm ki. Neçə ilin sürtülmüş, əzilmiş, büzülmüş yaltağıdır, saxlayıb işlədim də. Ona görə, nə qədər yaxşı əyilməyi bacaran var, hamısını bir az da əhilləşdirib, saxladım yerində. Hətta, 1-2-si kənarda qalmışdı, onların da qayınlarından haqqımı alıb qaytardım yerinə.
Amma bir məsələni başa düşmürəm. O keçəl həmzə var e, bəziləri ona İqquş da deyir. Onu başa düşə bilmirəm. Bala, kimin qucağında gəlimsən, onun da qucağnda çıx get də. Baxanda ürəyim bulanır. İntəhası oradan-buradan zəng elətdirir, keçə bilmirəm. Hə, ucuzlaşıb şap-şup kimi əyləşib orada.
Eks Başçı:-Deyirlər, yaman abadlıqdan, düzlükdən danışırsan a.
Başçı:-Ay-hay. Mən iş görən oğul olsaydım, öz doğma rayonumda bir daşı daş üstə qoyardım. Yeyib-içməkdən başım heç ayılır ki, heç olmasa öz evinə gedən yolu bir az abadlaşdırım.
Daim alacaqlarımla verəcəyimi hesablayıram. Bəzi yerləri qaranlıq göstərir. O gün polislərin iclasında da o qədər fikirli oturmuşam ki, hətta ölkənin himini çalınanda ayağa durmaq yadımdan çıxıb.
Eks başçı: -Ziyalılara da yaman hörmət göstərirsən.
Başçı:-Ziyalı kimə deyirsən e? 4-5 nəfəri çıxmaq şərti ilə, qalanlarını apar qaytar. Onların tamadalığı ziyalılığından daha çoxdur. Adama nə qədər xod eləyirlər, sağdan-soldan nə qədər girişələr. Onlarla görüşə gedəndə bir az çəkinirdim. Elə bilirdim şəxsiyyətlərlə, olduqca mərd, çəsarətli kişilərlə görüşəcəm. Gördüklərimdən utandım. Sən demə, bunların 3-4... Nə isə, söhbətə başımız qarışdı vurmaq yadımızdan çıxdı. (vururlar). Başçı:- Eşitmişdim ki, bir-iki packa göy verib, başqa bölgəyə gedirsən, alınmadı?
Eks başçı:- Qardaş, pulunu da aldılar, özümü də fırlatdılar.
Başçı:- Bura gül kimi yer idi. Buradan niyə qaçırdın ki?
Eks-Başçı:-Əşi, o qədər söz verdim, əməl edə bilmədim. Gəlib qapımda üzümə deyirdilər ki, kişi döyürsən, nə bilim nəsən və s.
Nə isə, yekunlaşdıraq, onsuz da ayda, iki ayda bir dəfə görüşəcəyik. Son arzunu de, gedək.
Başçı:-Qardaş, intiqamını bunlardan alacam. Məntiqlə, ağılla arqumentlə bunları iliyinə qədər elə soyuram ki, axırda gözlərinə AĞ SU gəlir.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10