Süleyman Mikayılovun Lənkərandan gedəcəyi söhbətlər bir neçə ay idi ki, gündəmdə idi. Onun Bakı şəhərinə icra başçısı təyin ediləcəyi bildirilirdi. Hazırkı təyinatı isə möhtəşəm posta doğru həlledici addım kimi dəyərləndirirlər. Bir də ki, Binə və Sədərək bazarı Qaradağ ərazisinə köçəndən sonra elə bura da pis ərazi deyil. Buradakı daş karxanasından çıxan çörək heç də münbit torpaqlardan qazanılandan az deyil. Bir məqam da maraqlıdır ki, Süleyman Mikayılovun Qaradağa icra başçısı təyin edilən günün səhəri 50-60 adam qaz və işıq problemi ilə bağlı Bakı-Astara magistralının bu rayondan keçən hissəsində yolu bağlamaq istəyib.
Süleyman Mikayılovun yerinə, əslən Qəbələdən olan, əvvəllər bu rayonda təhsil şöbəsinə başçılıq edən, son illərdə isə bu rayonun icra başçısı işləyən Tofiq Hüseyn oğlu İbrahimov əvəzləyib. Deyilənlərə görə, o fövqəlnazir Kamələddin Heydərovun qaynıdır.