Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. İcra hakimiyyəti suallarımızı necə cavablandırır?



Zaman-zaman qəzetimizdə polislər, icra strukturları, eləcə də səhiyyə ilə bağlı ciddi tənqidi yazılar çap etmişik. Bu günün prizmasından baxanda isə açıq-aydın görünür ki, ən çox fədakarlıq edənlər həkimlər, polis işçiləri, eləcə də icra strukturlarında çalışanlardır.

Məlumat almaq məqsədi ilə bəzən axşam 9-da, 11-də də zəng vuranda icra rəmiləri ya iş otağından, ya da hansısa küçədə iş apardıqları zaman zəngimizi cavablayırlar. Bu mənada onlara çox minnətdarıq.

Bir neçə gün öncə Masallı rayon icra hakimiyyətinə ünvanladığımız sorğuya nəhayət cavab aldıq.
Cavab məktubunda deyilir
Rayon İcra hakimiyyəti başçısının Sərəncamı ilə  Koronovirusa (COVİD-19) qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə qərargah yaradılmışdır.
 Qərargahın göstərişinə əsasən Koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi üçün rayon GEM və rayon Dezinfeksiya Stansiyasiyası ilə birlikdə rayonun 
ümumtəhsil müəssisəsi, 
2 məktəbdənkənar təhsil müəssisəsi, 
19 məktəbəqədər təhsil müəssisəsi, 
140 məscid, rayon İcra hakimiyyəti, 
“Asan Xidmət”  Mərkəzi, 
Sənaye Məhəlləsində, 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi, 
Olimpiya İdman Kompleksi, Kapital və Beynəlxalq bank filialları, “Masallı”, “Karal”, “Viləş” otelləri, Köhnə bazar, 
“Xan Çinar”, Tikinti bazarları,  
Mərkəzi Rayon Xəstəxanası, 
Z.Əiyeva adına  Göz Xəstəlikləri Klinikası, 
Ağciyər Xəstəlikləri Dispanseri,  
rayon Avtovağzalı, 
14 saylı Ərazi Maliyyə Hesablaşma  Mərkəzi,  “Aqroservis”in rayon şöbəsi,  
Rayon Təhsil Şöbəsi, 
Masallı şəhərində yerləşən 30,
  Digah massivi Qurtuluş küçəsində yerləşən 2 ,
 Xıl kəndinin ərazisində yerləşən 10 
və Musaküçə kəndinin ərazisində yerləşən 16 ictimai yaşayış binaları və ərazilərdə yerləşən digər iaişə obyektləri olmaqla 990 və əlavə olaraq olaraq ictimai nəqliyyat vasitələri, 
DYPX maşınları dezinfeksiya olunmuşdur.
 Maşın vasitəsi ilə rayonun Bakı, H.Əliyev, Azərbaycan prospektləri,  H.Əliyev prospekti döngə 3, Digah, C.Cabbarlı, M.Şəhriyar, Dadva, , M.Füzuli, Z.Əliyeva, 20 Yanvar, M.Talışxanov və s küçələr dezinfeksiya olunmuşdur. 
Əlavə olaraq Ərkivan qəsəbəsində yerləşən 
5 ümumtəhsil məktəbi, 
1 məktəbəqədər təhsil müəssisəsi, 
 9 məscid, 
64 iaişə obyekti, 
Boradigah qəsəbəsində 
 4 ümumtəhsil məktəbi, 
4 məscid və 25  iaişə obyekti dezinfeksiya olunmuşdur. 
Məlumat üçün bildiririk ki, rayon ərazisində yerləşən bəzi idarə, müəssisələr, obyektlər 2-3 dəfə, bazarlar, parklar və əhalinin sıx olduğu supermarketlər isə 4-5 dəfə dezinfeksiya edilmişdir. Dezinfeksiya işləri davam etdirilir.
Məktubda rayonda pulsuz paylanan və bəzi suallar doğuran “Pəm-rəm” məsəsinə də aydınlıq gətirilib
Masallı şəhər sakini, sahibkar Bağırov Əkbər İslam oğlu yaranmış vəziyyətlə əlaqədar rayonda əhval-ruhiyyənin müəyyən qədər düzəlməsi üçün öz imkanları daxilində 2000 qutu olmaqla 20000 manat dəyərində şirniyyat payladı. Onun bu xeyirxah əməli bəzi insanlarda mübahisə və ya şübhə doğurubsa bunu deyə bilərik ki, xeyirxah adamın xeyirxah təşəbbüsünə bədbin fikirlərlə yanaşmaq bədbəxt və yaramaz adamların işidir.
Digər xeyriyyəçilər hansı işlər görüb?
Əlavə olaraq rayonun xeyriyyəçiləri Məşhur Məmmədov 4500 flakon spirt və 2600 ədəd maskanı, 
Laçın Sadıqzadə 120 litr spirt və 2000 ədəd əlcəyi rayon əhalisinə paylamışdır. 
Bu məqsədlə keçirilən kütləvi görüşlər
Rayon ərazisində RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə üzvləri, YAP-ın fəalları 65 yaşdan yuxarı 11972 nəfər vətəndaşın 10343 nəfəri ilə görüşüb, onların vəziyyəti ilə yerində maraqlanmış, onlarla maarifləndirici söhbətlər aparılaraq evdə qalmaları tövsiyyə olunmuşdur. 
Həmçinin DSMF-nun Masallı rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 141 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərmişlər. Hal-hazırda işlər davam etdirilir.    
Əlavə olaraq RİHB aparatının əməkdaşları Polis əməkdaşları ilə birlikdə 25,
 RİHB-nin İƏD üzrə nümayəndələri bələdiyyələr və məktəb direktorları ilə birlikdə ərazilər üzrə 37 mobil qruplarda(ümumilikdə 170 nəfərdən çox)
 birləşərək mütəmadi olaraq  vətəndaşlarla evlərində görüşmüş, maarifləndirici söhbətlər aparmış, maska və spirt paylamışdırlar. 
Rayon rəhbərliyi və rəsmiləri H.Əliyev prospektində, 20 yanvar, Azərbaycan, Qarabağ küçələrində, Xətai parkında vətəndaşlarla maarifləndirici söhbətlər aparmış, vətəndaşlara evdə qalmaları və zəruri ehtiyac olmadan evdən çıxmamaları barədə tövsiyə vermişdirlər. Hal-hazırda qabaqlayıcı tədbirlər davam etdirilir.
Masallı Rayon İcra hakimiyyəti





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10