![](/uploads/posts/2020-04/medium/1585731481_mg-20200401-wa0012.jpg)
Dünən, martın 31-də Məşhur Məmmədov “Millət Vəkili masallıları nəyə səslədi?” müraciətində (cenub.az-da) məqamlara toxunulub. Millət vəkili öncə bütün masallıları imkanları daxilində, gücləri çatdıqları qədər yardımlaşmağa çağırıb. Bu təklifə ilk səs verən “Ümidim sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin rəhbəri Fidan Abbaslı olub. Belə ki, o, yaşadıqları ərazidə - Ərkivandakı “Şahin” marketdə xeyriyyə qutusu qoyublar. F. Abbaslı həmin qutuya ehtiyaclı ailələr üçün 20 pulsuz çörək hədiyyə edib. Hazırda, yaxın saatlarda “Şəfa” xeyriyyə icmasının rəhbəri də bu aksiyaya yardımçı olmağa hazırlaşır.
Fidan Abbaslının dedikləri:
-Bəlli olduğu kimi vəziyyət çox ciddidir. Əlimizdə sistemli bir mexanizm də yoxdur. Konkret siyahı yoxdur ki, ən kasıb kimdir. Bilmirik ki, pulsuz çörəyi ancaq ehtiyacı olanlar götürəcək, ya bəziləri də fürsətçilik edəcək. Bütün “nə deyərləri” göz altına alaraq, bu addımı atdıq, siz də aksiyaya dəstək olun. Hərəmiz 1-2 nəfərə sevindirsək, böyük rəqəm alınar.
Cenub.az
![](/uploads/posts/2020-04/medium/1585731474_mg-20200401-wa0015.jpg)
![](/uploads/posts/2020-04/medium/1585731468_mg-20200401-wa0014.jpg)
![](/uploads/posts/2020-04/medium/1585731535_mg-20200401-wa0017.jpg)
![](/uploads/posts/2020-04/medium/1585731494_mg-20200401-wa0012.jpg)