![](/uploads/posts/2020-04/medium/1585728085_948749_1677e24d9ec33120bcc74808714e658a-768x403.jpg)
Vəsait Daşkənd rayonunun Zəngiatski rayonunda koronavirus xəstələri üçün tikilmiş xəstəxananın təchizatına yönəldiləcək.
“Tanınmış biznesmen və mesenat Əlişir Usmanov da dövlətimizin başçısının səylərini dəstəkləyib və bu xəstəxananın ən müasir tibbi avadanlıqla təchiz olunmasına 20 mln.dollar ayırıb”, – deyə məlumatda bildirilir.
Vəsait koronavirusa qarşı mübarizə dövründə hökumətə maliyyə yardımı göstərmək üçün yaradılmış “Özbəkistan mərhəməti və sağlamlığı” ictimai Fonduna verilib.
Qeyd edilir ki, lazımi tibbi avadanlığın alınması üçün Respublika Səhiyyə Nazirliyinə pul köçürülüb.
Xatırladaq ki, əvvəllər Əlişir Usmanov Daşkənddəki evində koronavirusun pandemiyasına görə özünü təcrid edib.
31 mart tarixinə olan məlumata görə, Özbəkistanda 172 nəfər koronavirusa yoluxub. İki nəfər ölüb.
konkret.az