Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu ölkədə "koronavirus" sözünü işlətmək və maska taxmaq qadağan edildi


Türkmənistan hakimiyyəti "koronavirus" sözünün istifadəsini qadağan edib. Bu sözün dövlət mediası tərəfindən istifadəsinə icazə verilmir.

Cenub.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu məlumatı "Sərhədsiz Reportyorlar" beynəlxalq təşkilatı yayıb.

Türkmənistanda fəaliyyəti yasaq edilmiş "Sərhədsiz reportyorlar" təşkilatının saytı bildirb ki, səlahiyyətlilər tibbi kitabçalardan "koronavirus” sözünü çıxardıblar. Polis insanları küçədə tibbi maskalar taxdıqlarına və koronavirusdan danışdıqlarına görə həbs edə bilər.

"Türkmənistan hakimiyyəti koronavirusla əlaqəli bütün məlumatları məhv etməyin bu ifrat üsulunu tətbiq etməklə öz reputasiyasını bir daha doğruldub", - "Sərhədsiz reportyorlar" təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə bürosunun rəhbəri Janna Kavelye deyib. Jurnalistlər beynəlxalq ictimai birliyi Türkmənistanın simasında üzə çıxan bu "qara məlumat dəliyinin" yaranmasına reaksiya verməyə çağırıb.

Üstəlik, rəsmi məlumatlara görə, ölkədə koronavirusa yoluxan bir nəfər yoxdur. Ölkə burada 44 mindən çox koronavirus infeksiyası və 2,8 mindən çox ölüm hadisəsi qeydə alınmış İranla həmsərhəddir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10