Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda koronavirusa yoluxanların sayı 298 nəfərdir – 5 nəfər ölüb, 26 nəfər sağalıb (OPERATİV QƏRARGAH)


Bu günədək Azərbaycanda koronavirusa yoluxanların sayı 267-dir, onlardan 26 nəfəri sağalıb. Koronavirusa yoluxmuşlar arasında 5 ölüm faktı qeydə alınıb.
Cenib.az Azpost.info-a istinadən bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 24 yeni  koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 298 nəfərdir, onlardan 15 pasiyentin vəziyyəti orta ağır, 11 isə ağırdır.
Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10