Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Köhnə bazar” yolu ilə bağlı daha ətraflı və detallı təfərrüatlar Kamal Mazanov şərhində



Xəbər verdiyimiz kimi Masallı Rayon İcra hakimiyyətinin koronavirusla bağlı  tədbirləri çərçisində  rayonun ən işlək küçələrindən olan, yüzlərlə dükanın, küçə ticarəti “nöqtələrinin ”yerləşdiyi 20 yanvar, el arasınada “Köhnə bazar” adlan küçəsa sabah-01 aprel 2020-ci il tarxdən bağlanır.

Bu küçəyə giriş-çıxış qadağan olunur. Məlumatın detallarını Masallı İHB-nin Şəhər Dairəsi üzrə nümayəndəsi Kamal Mazanovun şərh edir:

-Bəli, məlumat doğrudur. Masallı rayonunda yaradılmış Koronavirusla Mübarizə Qərərgahı vəziyyətin olduqca kritik olduğunu nəzərə alıb belə qərar qəbul edib. Əslində təkcə 20 yanvar küçəsi yox, “Köhnə bazar” istəqəməində bütün giriş-çıxışlar, yəni  “Viləş” çayının aşağısından girişdən başlamış, “RespublikaBank”ın  Masallı filalınn qarşısından bir az irəli başlanın gəliş yoluna, həmin ərazidəki ara küçə də daxil hamısını bağlanacaq. Yalnız, “Respublika Bank”ın Masallı filialından stadiona tərəf “Tərəvəz bazarı” adlanan əraziyə gedən yol açıq olacaq. Çünki, bu istiqamətdən bəzi yaşayış evlərinə də yol gedir. Ola bilsin ki, yaxın günlərdə həmin yol da bağlandı. Hamıdan xahiş edirik ki, həm özünün, həm ətrafdakılarının sağlamlığı xətrinə qadağalara əməl etsinlər. Ən kiçik səhvlər belə ciddi fəsadlar törədə bilər.
O həmçinin bildirdi ki, hazırda (31 mart 2020-ci il, saat 23-də) həmin ərazidə sədlər qurulur. İstisna hal kimi, bəzilərinə bazardakı məhsullarını çıxartmağa imkan veriləcək. Həmiçinin, un, digər çox zəruru  ərzaq məhsullarını satmaq istəyənlərə şəhər mərkəzinin müxtəlif hissələrində ticarətlə məşğul olmağa şərait yaradılacaqdır.
Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10