Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda koronovirusla bağlı maarifləndirmə işləri davam edir - VİDEO


Ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Masallıda mobil qruplar yaradılıb.
Rayon icra aparatının və polis şöbəsinin rəhbərliyi ayrı-ayrı vətəndaşlararasında təbliğat işləri aparacaq mobil qruplarınüzvləri ilə görüşüb. Onlara əhalinin maarifləndirilməsi üçün tövsiyə və tapşırıqlar verilib.
MasallıRayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov rayonun mərkəzi park və küçələrində sakinlərlə fərdi qaydada söhbətlər aparıb. Xüsusi karantin rejiminin tələblərinə tabe olmağın vacibliyi və məsələnin ciddiliyini vurğulayıb. Bu günlərdə zəruri hallar istisna olmaqla evdən çıxmamağı məsləhət görüb. Həmçinin sakinlərə spirt və maskalar paylanılıb.
Qeyd edək ki, yerli əhalinin evdə qalması və xüsusi karantin rejiminin tələblərinə tabe olması üçün Masallıdakı məscidlərdənsəsucaldıcı vasitələrlə gün ərzində bir neçə dəfə çağırışlar edilir. İcra aparatının tərkibində 62 mobil qrup yaradılıb. Bu qruplar tərəfindən gündəlik olaraq rayonunun yaşayış məntəqələrində, əhalinin kompakt toplaşdığı yerlərdə müvafiq işlər görülür. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir. Bu məqsədlə xüsusi karantin rejimi tətbiq olunandan bu günə kimi 38 minə yaxın evdə yaşayan 170 mindən çox sakinlə görüşülüb.
Təbliğat, maarifləndirmə və dezinfeksiya işlərinin aparılması gün ərzində davam etdirilir.

/apa





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10