Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Neftçala bələdiyyəsinin sədrinə cinayət işi açılıb


Neftçala bələdiyyəsinin fəaliyyətinin araşdırılması zamanı 1,34 ha torpaq sahəsinin real qiymətindən ucuz satılması müəyyən edilib.

Cenub.az-ın “Report”-a istinadən xəbərinə görə, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə) qeyd edilib.

Bildirilib ki, bununla da bələdiyyə büdcəsinə 117, 922 manat ziyan vurulması, müvafiq təsdiqləyici sənədlər olmadan təmir-abadlıq işlərinin görülməsinə bələdiyyə büdcəsindən 13,103 manat vəsaitin silinməsi müəyyən edilib. Həmçinin səlahiyyətli olmadığı halda bələdiyyə sədri tərəfindən qərarlar qəbul edilməsi faktları üzrə Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10