![](/uploads/posts/2020-03/thumbs/1585667057_modern_az_meshur_memmedov1_765.jpg)
Əziz həmvətənlərim!
Olduqca ciddi sınaqlar qarşısandayıq. Bu gün, azərbaycanlıların 31 mart soyqırım günündə bunları xatırlamaq daha ağrılıdır. Yəni, 102 il bundan öncənin acılarını unutmamış, daha böyük fəlakətlərin ola biləcəyi günlərin fərqində olmalıyıq.
Məlum olduğu kimi ölkə başçısı cənab prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətimiz hər bir vətəndaşın bu bəladan ağrısız, itkisiz çıxması üçün mümkün olan hər şeyi edir.
Mən sadəcə problemi xatırlatmaq, yaxud kimlərəsə məsləhət vermək istəmirəm. Təkidlə onu vurtğulamaq istəyirəm ki, öncə hamı deyilən tələblərə dəqiq və məsuliyyətlə əməl etsin. Həm də nəinki əməl etsin, eləcə də yaxındakılarından da tələb etsin.
Hamıdan rica edirəm, əməli tədbirlərə keçib, konkret işlər görək.
Bu işlər nədən ibarətdir?
Biz öncə ciddi ehtiyaclı ailələləri müəyyənləşdirib onlara müxtəlif formalı – sabundan, maskadan, spirtdən tutmuş zəruri ərzaqlara qədər yardımlar təşkil edək. Bu işə xeyriyyəçilərin böyük qrupunun cəlb olunmasına nail olaq. Kimin nəyə gücü çatırsa, onu əsirgəməməlidir
Bu gün “Nədən başlamalı?” sualına cavab vermək elə də asan deyil. Bir-birimizi günahlandırmaq da işə fayda verməyəcək.
Hökumət bir sıra tədbirlər paketi hazırlayıb və yəqin ki, yaxın vaxtlarda da reallaşdıracaq.
Bəs biz nə edə bilərik?
Xeyriyyəçi deyəndə biz ancaq tanınmış sahibkarları düşünməməliyik. Bu gün bir çox sıravi adam da 5 adama gündəlik 5-10 çörək ala bilər. Orta səviyyəli masallılı da ətrafındakı bir neçə adama yardımçı ola bilər.
Elə edək ki, bu aksiyadan əsil imkansızlar faydalansınlar. Bu aksiya 1 günlük, 5 günlük deyil. Bəlkə də bir neçə ay çəkdi.
Biz planlaşdırılmamaış vəziyyətlərlə də üzləşə bilərik.
Bu gün deyiləsi sözlər çoxdur.
Təşəbbüsümüzə səs verən sahibkarlar az deyil. Biz istəyirik ki, bu işdə bütün masallılar, eləcə də ölkə xaricində yaşayanlar masallılar iştirak etsin.
Gördüyümüz, görəcəyimiz bütün işlər əsil aşkarlıq şəraitində baş verəcək.
Bu müraciətin paylaşıldığı səhifələrdə təkliflərinizi bildirin. Hər kəs daha çox əldə etmək yox, imkanı daxilində daha çox yardımçı olmaq barədə düşünməlidir.
Sizdən həm maraqlı təkliflər, eləcə də yardım aksiyasında fəal iştirak gözləyirik.
Hörmətli: Millət Vəkili Məşhur Məmmədov.
31 mart 2020.