![](/uploads/posts/2020-03/medium/1585653651_italy_coronavirus_death_toll-741x486-1-741x403.jpg)
Bu gün Azərbaycanda əhalinin hər milyon nəfərinə düşən yoluxma halı 21, hər milyon nəfərə ölüm sayı cəmi 0,4-dür. Yəni milyon nəfərin içində bu şəxsləri tanımamağımız normaldır. Çünki rastlaşma tezliyi şükürlər olsun ki, hələ çox aşağıdır.
Başqa ciddi bir səbəb: Virusdan dünyasını dəyişmiş və ya yoluxmuş şəxslərin yaxınlarının cəmiyyət tərəfindən rədd edilmək qorxusu olur. Bilsək ki, hansısa qohumumuz infeksiyadan ölüb heç yasına da getməyəcik ki, yoluxma risiki var. Daha mühüm səbəb. Rusiya prezidenti Putin az qala kosmonavt skafandrında gəzir. Yəni Rusiyanın Federal Kəşfiyyat Xidməti onun qulağına pıçıldasaydı ki, rahat olun virus zad yoxdur. O, bunu etməzdi…
İtaliyada tabut çatışmır, bəzi ölkələrdə qardaşlıq məzarları qazılır, İspaniyada muzeyləri morqa çevirirlər, ABŞ küçlərində səyyar morqlar və səhra xəstəxanaları qurulur, bizim çayxana analitikləri deyir ki, virus-mirus yoxdur, bu bir oyundur.
Əzizlərim, dövlət əlindən gələn bütün tədbirləri görür. Bizə düşən sadəcə intizamlı və məsuliyyətli olmaqdır. Onu da çoxumuz bacarmırıq deyəsən?!
/konkret.az