Cenub.az xəbər verir ki, D.Tramp açıqlamasında bildirib ki, görülən tədbirlərlə 1 milyondan çox insanın həyatını xilas edə bilərik. Gələcəyimiz öz əlimizdədir. O, açıqlamasında, “Virusa qarşı qələbə çalmaqdan başqa çarəmiz yoxdur. Qarşımızda çətin otuz günümüz var. Bu isə çox önəmlidir”-deyib.
Tramp Qida və Dərman İdarəsinin N95 nömrəli qoruyucu maskaları dezinfeksiya edən yeni bir cihaz hazırladıqlarını bildirib. Bu cihazlar isə gündə 120 min maskanı dezinfeksiya edə bilir.
Tramp koronavirusa görə “Evdə qal” qadağasını hələ ki, tətbiq etmək fikrində olmadıqlarını bildirib:
Bunu mütəxəssislərlə müzakirə etdik. Bunu etmək çox sərt olar və buna görə də hələ ki, gözləyirik. Belə bir qərar qəbul edəndə hamı biləcək”.